sosial media
Oktyabrın 23-də LənkəranıAğır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.
Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub.
Əfqan Sadıqovun vəkili Nemət Kərimli müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəmə iclasları zamanı onun yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatətləri təmin etməyib, işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. Növbəti iclas noyabrın 3-nə təyin olunub.
Əfqan Sadıqov 2024-cü il avqustun 4-də Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda saxlanılıb. Tbilisi Şəhər Məhkəməsi onun həbsinə və Azərbaycana ekstradisiyasına qərar versə də, Avropa İnsan Hüquqları Məhkəməsi ekstradisiyanın icrasını dayandırıb.
Jurnalist 2025-ci ilin aprelində azadlığa buraxılıb. Azərbaycan Baş Prokurorluğu 2026-cı il aprelin 1-də onun barəsində aparılan cinayət işinə xitam verib. İki gün sonra Tbilisi Şəhər Məhkəməsi bu qərarı əsas götürərək Sadıqovun Gürcüstanı tərk etməsinə qoyulan məhdudiyyəti aradan qaldırıb.
Bununla belə, jurnalist 2026-cı il aprelin 4-də Tbilisidə yaşadığı ünvandan götürülərək Azərbaycana gətirilib.
İyunun 8-də Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin 182-ci maddəsi - hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs olunub.
Avropa İnsan Hüquqları Məhkəməsi bu hadisə ilə bağlı Gürcüstan tərəfinin hərəkətlərindən narahatlığını ifadə edən açıqlama yayıb.
Əfqan Sadıqov ittihamları qəbul etmir, təqibin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
RSF: “Aynur Elgünəşin sağlamlığında yaranacaq fəsadlara görə hakimiyyət məsuliyyət daşıyır”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”