Reuters
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bitirmək üçün “çox şey istədiyini” deyib.
Mayın 7-də Vaşinqtonda çıxış edən Vens ABŞ-ın bu iki ölkə arasındakı müharibəni sonlandırmaq üçün apardığı səylərdən danışıb.
“Mən deməzdim ki, ruslar münaqişəni dayandırmaqda maraqlı deyillər. Amma deyə bilərəm ki, onlar bunun üçün müəyyən ərazi güzəştləri tələb edirlər. Biz düşünürük ki, onlar çox şey istəyirlər”, - o bildirib.
O, ölkəsinin Rusiya və Ukraynanın birbaşa danışıqlar aparmasında maraqlı olduğunu deyib:
“Biz istərdik ki, həm ruslar, həm də ukraynalılar oturub bir-biri ilə söhbət edərək bəzi əsas qaydalar üzərində ümumi razılığa gəlsinlər. Birləşmiş Ştatlar bu danışıqlarda iştirak etməkdən məmnundur, lakin ruslar və ukraynalıların bir-biri ilə danışığa başlaması çox vacibdir. Düşünürük ki, bu, atmaq istədiyimiz növbəti böyük addımdır.”
Mayın 6-da isə ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi elçisi Keit Kelloq “Fox News”a müsahibəsində deyib ki, sülh danışıqlarında əsas maneə Rusiya Prezidenti Vladimir Putinin atəşkəsə razılaşmamasıdır.
Bu ilin martında Ukrayna ABŞ-ın təklif etdiyi 30 günlük müvəqqəti atəşkəsə razılaşıb, Rusiya isə razılaşmayıb.
Vens çıxışında atəşkəs təklifinə toxunaraq deyib ki, ABŞ artıq bu mövzudan “uzaqlaşıb və uzunmüddətli həll yolunda daha çox maraqlıdır”.
ABŞ Vitse-prezidentinin açıqlaması yanvarda Trampın başçılığı altında işə başlayan hökumətin bu münaqişəyə yanaşmasında fərqli siyasi xəttə işarə edib.
İndiyə qədər ABŞ rəsmiləri Ukrayna-Rusiya mövzusunda neytral, hətta əksər müşahidəçilərin Rusiyaya meyilli olaraq gördüyü siyasəti seçmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib