Foto/kollaj: Toplum TV
Türkiyə məhkəməsi milyarder İlon Maskın “xAI” şirkəti tərəfindən inkişaf etdirilən “Grok” “çatbot”unu qadağan edib.
Buna səbəb “X” sosial şəbəkəsində istifadə olunan, süni intellektlə idarə olunan “çatbot”un Prezident Rəcəb Tayyib Ərdoğan və ölkənin qurucusu Mustafa Kamal Atatürk də daxil olmaqla bir sıra fiqurlar haqqında təhqiramiz ifadələr paylaşması olub.
Nəticədə Türkiyə hökuməti “ictimai asayişə təhdid” ittihamı ilə ölkənin internet qanunvericiliyinə əsasən “Grok”a qarşı məhdudiyyətlərin tətbiqi üçün məhkəməyə müraciət edib. Cinayət məhkəməsi iyulun 9-da bu tələbi qəbul edərək, ölkənin telekommunikasiya orqanına qadağanın icrasını tapşırıb.
Bu hadisə “Grok”un son sistem yenilənməsi ilə bağlı yaranan daha böyük bir mübahisənin bir hissəsidir.
Müşahidəçilər deyir ki, yenilənmədən sonra “Grok”un “X” istifadəçilərinə cavabları "siyasi cəhətdən qeyri-polikorrekt" olmağa başlayıb.
Yaranan narazılıqlara cavab olaraq, “X” platforması bu paylaşımlardan xəbərdar olduqlarını və uyğun olmayan məzmunu dərhal silmək üçün tədbir gördüklərini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: sosial media
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Azər Qasımlı həbsdə qaldı