Dünya İqtisadi Forumunun prezidenti "Epşteyn işi"ndə adı hallandıqdan sonra istefa verib
Foto: Reuters
Dünya İqtisadi Forumunun (WEF) prezidenti və baş icraçı direktoru Borge Brende fevralın 26-da istefa verdiyini açıqlayıb.
Bir neçə həftə öncə isə forum onun Cefri Epşteynlə şəxsi münasibətlərinə dair müstəqil istintaqa başlayıb.
Bu yaxınlarda ABŞ Ədliyyə Nazirliyinin ictimailəşdirdiyi "Epşteyn faylları"ndan aydın olub ki, Brenge Epşteyn ilə bir neçə dəfə şam yeməyində iştirak edib, eləcə də elektron poçt və messencer vasitəsilə ünsiyyət qurub.
Brende açıqlamasında qərarını "ətraflı düşündükdən" sonra verdiyini deyib, lakin səbəbini açıqlamayıb.
2017-ci ildən bu vəzifədə olan norveçli iş adamı daha öncə Epşteynlə ilk dəfə 2018-ci ildə görüşdüyünü təsdiqləyib, lakin onun keçmişi və cinayət əməlləri barədə məlumatı olduğunu inkar edib.
"Epşteyn faylları” milyarder iş adamı, azyaşlıların cinsi istismar məqsədilə alverində təqsirləndirilən Cefri Epşteynə dair istintaq materiallarını əhatə edir.
Epşteyn 2019-cu ilin iyulunda həbs edilib və bir ay sonra həbsxanada ölü tapılıb. Rəsmilər onun intihar etdiyini bildirsələr də, bir çox amerikalı buna şübhə ilə yanaşır.
İttiham aktında qeyd olunur ki, Epşteyn aralarında azyaşlıların da olduğu çoxlu sayda qızı özünə məxsus adaya apararaq cinsi istismara məruz qoyub.
Açıqlanan sənədlərdə Trampdan başqa milyarder iş adamı Bil Qeyts, keçmiş Britaniya şahzadəsi Endryu və keçmiş ABŞ prezidenti Bill Klintonun da adı çəkilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
BBC
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar