Dünya

Finlandiya “Naftogaz”ın iddiası əsasında Rusiyanın 3,7 milyon avroluq aktivlərinə həbs qoyub

3 İyun, 2026
104

Depositphotos

Finlandiyanın İcra Xidməti Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”ın iddiası əsasında Rusiyaya məxsus 3,7 milyon avro dəyərində aktivlərə həbs qoyub. Bu barədə qurumun mətbuat xidməti iyunun 2-də məlumat yayıb.

Məlumata görə, sözügedən vəsait Rusiya tərəfindən bir neçə il əvvəl Avropa İttifaqı ilə sərhədyanı əməkdaşlıq proqramının həyata keçirilməsi məqsədilə köçürülüb. Vəsait Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyinin hesabına daxil olsa da, layihə sonradan dayandırılıb.

Qərara əsasən, aktivlərə qoyulan həbs xüsusi qərar qəbul edilənədək qüvvədə qalacaq. Bildirilir ki, bu tədbir əmlak sahibinin həmin vəsaiti satmasının və ya başqa şəxslərə ötürməsinin qarşısını alır.

Finlandiya İcra Xidmətinin məlumatına görə, 2024-cü ildən etibarən Rusiyaya məxsus aktivlər üzrə ümumilikdə 40 milyon avrodan çox dəyərində əmlaka həbs qoyulub.

2024-cü ilin oktyabrında da “Naftogaz”ın iddiası əsasında Finlandiya hakimiyyəti Rusiyaya məxsus bir sıra obyektlərə, o cümlədən Rusiya səfirliyinə aid istirahət zonasına həbs qoymuşdu. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov həmin qərarlara cavab olaraq bildirmişdi ki, Moskva bu addımları məhkəmə qaydasında mübahisələndirəcək.

2023-cü ilin aprelində beynəlxalq arbitraj məhkəməsi Rusiyanın Krımda “Naftogaz”a vurduğu zərər və itirilmiş əmlaka görə 5 milyard dollar kompensasiya ödəməsi barədə qərar qəbul edib. “Naftogaz” isə bəyan etmişdi ki, Rusiya ödənişi könüllü şəkildə həyata keçirmədiyi təqdirdə, qərar 1958-ci il Nyu-York Konvensiyasına əsasən müxtəlif ölkələrdə məcburi icraya yönəldilə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Avropa Məhkəməsi Rusiyaya qarşı 879 şikayət ərizəsinə baxmaqdan imtina edib

4 Sentyabr 2026

sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2022-ci il sentyabrın 16-dək baş vermiş pozuntularla bağlı Rusiyaya qarşı verilmiş 879 şikayəti baxılan işlərin siyahısından çıxarıb. Məhkəmənin açıqlamasına görə, Rusiyanın silahlı münaqişələrdə iştirakı ilə bağlı şikayətlər bu qərara daxil edilməyib və onlara ayrıca baxılacaq. Şikayətlər ədalətli məhkəmə araşdırması, mülkiyyət və ifadə azadlığı, saxlanma şəraiti, miqrasiya, hərəkət azadlığı və şəxsi məlumatların qorunması kimi məsələləri əhatə edir. AİHM bildirib ki, qərar şikayətlərin qəbuledilməz və ya əsassız olması ilə bağlı deyil. Məhkəmə əsas səbəb kimi Rusiyanın 2022-ci ilin martından əməkdaşlığı dayandırmasını, sorğulara cavab verməməsini və qərarları icra etməyəcəyini bildirməsini göstərib. Məhkəməyə görə, şikayətlərin hər birinə ayrıca baxılması...
Dünya

Netanyahu: "Əsas missiyamız İranda rejim dəyişikliyidir, buna yaxınıq"

4 Sentyabr 2026

sosial media

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin əsas missiyasının İranda rejim dəyişikliyi olduğunu deyib.  O, bunu sentyabrın 3-də Təl-Əvivdə keçirilən forumda dilə gətirib.  "Rejim artıq sarsılır. O, heç vaxt olmadığı qədər zəifdir. Rejim öz mövcudluğunu qorumaq uğrunda mübarizə aparır", - Netanyahu qeyd edib.  “Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq, başqa sözlə, bu rejimi devirmək gücündə olduğumuza əminəm. Qarşıda bizi hələ də gözləyən əsas missiya məhz budur, amma bu məqsədə artıq yaxınıq. Bu, mümkünsüz deyil. Buna nail olmaq əlimizdədir", - o əlavə edib.  Bu ilin fevralın sonunda İsrail ABŞ ilə birlikdə İrana havadan hücumlar həyata keçirməyə başlayıb. Apreldə tərəflər arasında atəşkəs əldə...

Seçilmiş Videolar

Toplum TV loqo