Foto: Ali Najafi
İranda bir məktəbə hava hücumu nəticəsində əksəriyyəti azyaşlı qızlar olmaqla azı 165 nəfərin öldüyü bildirilir.
İran dövlət mediası xəbər verib ki, ölkənin cənubundakı Hürmüzgan əyalətində bir ibtidai qızlar məktəbi İsrailin hava zərbəsi ilə vurulub.
Ölənlərin sayının 165‑ə çatdığı, onların 120-yə yaxınının azyaşlı qızlar olduğu bildirilir. Daha 96 nəfərin yaralandığı deyilir.
Məktəbin İrana məxsus hərbi bazadan təxminən 60 metr məsafədə yerləşdiyi, buna görə də ABŞ və ya İsrail tərəfindən səhvən hədəf alındığı güman olunur. Lakin İsrail ordusu həmin əraziyə hücumlardan "xəbərlərinin olmadığını" bildirib, ABŞ tərəfi isə məsələnin araşdırıldığını deyib.
İranın xarici işlər naziri Abbas Əraqçi "X" səhifəsində məktəbin zərbədən sonrakı fotosunu paylaşıb və yazıb ki, bu hücum “günahsız uşaqları” öldürüb.
“İran xalqına qarşı bu cinayətlər cavabsız qalmayacaq", - o əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Toplum TV
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”