Foto: açıq mənbə
İranın hazırda davam edən danışıqlarda ABŞ-yə sərmayə imkanları təklif etdiyi bildirilir.
Bu barədə "Financial Times" adı açıqlanmayan mənbəyə istinadən xəbər verib.
Mənbənin dediyinə görə, İran tərəfi ABŞ şirkətlərinin, xüsusilə də, İranın neft-qaz sektoruna sərmayə qoymasını təklif edib.
Mənbə sərmayə imkanlarını “böyük iqtisadi fürsət” kimi təsvir edib və əlavə edib ki, bu təklif, xüsusilə də, iş adamı olan prezident Donald Trampın diqqətini cəlb etmək üçün nəzərdə tutulub.
Digər bir mənbə nəşrə deyib ki, İran hələ ki ABŞ‑yə sərmayə təklifini rəsmi şəkildə irəli sürməyib, amma danışıqlarda bu barədə müzakirələr olub. Mənbə əlavə edib ki, İran bu ideyada Venesuelanı özünə nümunə götürür.
Tramp bu ilin əvvəlində Venesuela prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən qaçırılmasından sonra bu ölkənin neft sənayesini ABŞ şirkətləri üçün açıq elan edib.
İranın dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, fevralın 26-da Cenevrədə Omanın vasitəçiliyi ilə baş tutan danışıqlarda İran tərəfi ABŞ-yə yeni təklif paketi təqdim edib. Təkliflərin detalları açıqlanmayıb, lakin bununla İranın qarşı tərəfin "ciddiliyini yoxladığı" qeyd olunub.
İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, danışıqların növbəti raundu gələn həftə Vyanada keçiriləcək və artıq irəliləyişlər var.
Son həftələrdə ABŞ-nin İran körfəzində hərbi qüvvələrini cəmləşdirməsi fonunda ABŞ və İran arasında müharibə ehtimalı güclənib.
Eyni zamanda, iki ölkə arasında İranın nüvə proqramı üzrə danışıqlar davam edir. ABŞ İrandan nüvə proqramını tamamilə dayandırmasını istəyir. İran rəsmiləri isə nüvə sənayesinin yalnız mülki məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
Açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”