Dünya

İsrail Qəzzada 70 minə yaxın insanın öldürüldüyünü etiraf edib 

30 Yanvar, 2026
188

Foto: Getty Images

İsrail ordusu Qəzzada iki il apardığı müharibədə 70 mindən çox insanın öldürüldüyünü etiraf edib. 

İsrail mətbuatının xəbərinə görə, ordu rəsmiləri yanvarın 29-da keçirilən brifinqdə bunu deyib. 

“Hesablamalarımıza görə, müharibə zamanı təxminən 70 min qəzzalı öldürülüb, itkin düşənlər isə bu rəqəmə daxil deyil. Hazırda terrorçular və münaqişədə iştirak etməyən şəxslərin ayırd edilməsi üzərində işləyirik", - rəsmilərdən biri deyib. 

Birləşmiş Millətlər Təşkilatı uzun müddətdir Qəzzadakı səhiyyə orqanları tərəfindən qeydə alınan ölüm saylarını etibarlı hesab edir. İsrail isə bu rəqəmlərə şübhə ilə yanaşaraq bildirirdi ki, zolaqdakı Səhiyyə Nazirliyi HƏMAS tərəfindən idarə olunur və ona etibar etmək olmaz.

Qəzzanın Səhiyyə Nazirliyi öldürüldüyü qeydə alınan şəxslərin adlarını və yaşlarını dərc edir. Nazirlik hazırda ölənlərin sayının 71 mindən çox olduğunu bildirir. Bu rəqəmə ötən ilin oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsdən sonra İsrail hücumları nəticəsində həlak olan 480-dən çox şəxs də daxildir.

Nazirlik, həmçinin, Qəzzada dağıntılar altında hələ də minlərlə insan nəşinin qaldığını deyir. Qurum mülki şəxslərlə döyüşçülər arasında fərq qoymur, lakin ölənlərin əksəriyyətinin qadın və ya uşaqlar olduğunu müəyyən edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin Azərbaycana 1 milyon rubldan artıq nağd pul aparılmasını qadağan edib

29 Sentyabr 2026

moskvichmag.ru

Rusiya prezidenti Vladimir Putin fiziki şəxslərin, hüquqi şəxslərin və fərdi sahibkarların ölkəsindən Azərbaycan, Tacikistan, Özbəkistan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə 1 milyon rubldan artıq nağd rubl çıxarmasını qadağan edib. Bu, sentyabrın 29-da imzalanan prezident fərmanında qeyd olunub. Fərmana əsasən, hökumətin müəyyənləşdirəcəyi hava limanlarından bank çıxarışı və ya Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda nəzərdə tutulan digər sənədlər əsasında 1 milyon rubldan artıq nağd rubl çıxarmaq mümkün olacaq. Aİİ-yə Rusiya ilə yanaşı Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Qadağanın pozulacağı halda vəsait müsadirə ediləcək. Fiziki şəxslərdən 1 milyon rubldan artıq məbləğ, hüquqi şəxslər və fərdi sahibkarlardan isə bütün vəsait alınacaq. Yeni qərarla...
Dünya

Zelenski: “Şimali Koreya Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşır”

29 Sentyabr 2026

forbes.ua

Ukrayna prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşdığını deyib. Zelenski bunu sentyabrın 28-də axşam müraciətində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hesabatına istinadən bildirib. Onun sözlərinə görə, hərbçilərin seçilməsi, hazırlığı və sonradan Rusiyaya göndərilməsi prosesi davam edir. Zelenski hazırda Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisinin olduğunu da deyib. Ukrayna prezidenti Rusiyanın Şimali Koreyanın yardımının əvəzini texnologiya ilə ödədiyini bildirib. Onun sözlərinə görə, bunun qarşılığında Şimali Koreyada “Şahed” tipli pilotsuz uçuş aparatlarının istehsalı qurulub. “Şər məhz belə yayılır”, - Zelenski qeyd edib. Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsi barədə məlumat ilk dəfə 2024-cü ilin oktyabrında yayılıb. Kreml...

Seçilmiş Videolar

Toplum TV loqo