Foto: Reuters
İsrail ordusunun hücumları mayın 15-də Qəzza zolağında 100-dən çox insanı öldürüb.
Ölüm halları, əsasən, Qəzzanın şimalındakı Cəbəliyə və cənubundakı Xan Yunis şəhərlərində qeydə alınıb.
Bu ayın əvvəlində İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi təhlükəsizlik kabineti Qəzza zolağının ələ keçirilməsi haqda qərar verib.
Netanyahu özü isə deyib ki, plan zolağa nəzarət edən HƏMAS-ı məhv etməyə və İsrail ordusunun daha çox ərazini nəzarətə götürməsinə hesablanıb. O həm də bildirib ki, planı həyata keçirmək üçün Qəzzanın bütün mülki əhalisinin zolağın cənubunda daha kiçik bir əraziyə sıxışdırılması nəzərdə tutulur.
İsrailin Qəzza zolağına davam edən hücumları fonunda bu ölkənin ən böyük dəstəkçisi ABŞ-ın Prezidenti Donald Tramp İran körfəzi ölkələrinə səfər edib. Mayın 13-də Səudiyyə Ərəbistanı və ardınca Qətərə səfərlə başlayan tur dünən Trampın BƏƏ-yə səfəri ilə davam edib.
İsrailin Trampın Yaxın Şərq turundan kənarda qalması müşahidəçilər tərəfindən ABŞ-la İsrail arasında münasibətlərin soyuması kimi şərh olunub.
Tramp ötən həftə Qəzza zolağındakı “vəhşi müharibəyə” son qoyulmasını istədiyini demişdi.
Bundan əlavə, onun rəhbərlik etdiyi administrasiya son həftələrdə İsrailin iştirakı olmadan Yəmənə nəzarət edən husilərlə və Qəzzaya nəzarət edən HƏMAS-la danışıqlar aparıb. Danışıqlar nəticəsində husilər Qırmızı Dənizdən keçən gəmilərə hücum etməyi dayandırıb, HƏMAS isə əsir saxladığı son ABŞ vətəndaşını azad edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbədən götürülüb
Reuters
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib