Foto: açıq mənbədən götürülüb
Mayın 16-da İstanbulda görüşən Rusiya və Ukrayna nümayəndə heyətləri atəşkəs barədə razılığa gəlməyib.
Lakin onlar hər ölkədən min əsirin mübadiləsi, atəşkəslə bağlı şərtlərinin yazılı şəkildə bir-biri ilə bölüşülməsi və yenidən görüşmək barədə razılığa gəliblər.
Həmçinin, vasitəçi qismində çıxış edən Türkiyə “sülhün əldə olunması üçün səy göstərməyə” davam edəcəyinə söz verib.
Həmin gün “Avropa Siyasi Birliyi”nin 6-cı zirvə toplantısında iştirak üçün Tiranada olan Ukrayna Prezidenti Volodimir Zelenski müxtəlif ölkələrin liderləri ilə görüşüb.
O, Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderləri ilə birlikdə telefonla ABŞ Prezidenti Donald Trampla danışıb və “İstanbul görüşünü müzakirə edib”.
“Ukrayna real sülhə nail olmaq üçün mümkün olan ən sürətli addımları atmağa hazırdır və dünyanın qəti mövqe tutması vacibdir. Bizim mövqeyimiz budur — ruslar tam və qeyd-şərtsiz atəşkəs və qətllərə son qoyulmasını rədd edərsə, sərt sanksiyalar tətbiq edilməlidir. Rusiya müharibəni bitirməyə hazır olana qədər Rusiyaya təzyiqlər davam etdirilməlidir”, - Zelenski “X” səhifəsində yazıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib ki, Rusiya sülhdən yayındığına görə bədəl ödəməlidir.
Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski bildirib ki, Rusiya tərəfi danışıqların nəticələrindən məmnundur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Reuters
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib