Foto: Abzas Media
Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsində qurumun ofisində axtarış aparılan zaman istintaq tərəfindən qeydə alınan videogörüntülər nümayiş etdirilib.
Təqsirləndirilənlərin vəkilləri məhkəməyə vəsatətlər təqdim ediblər.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.
Ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi mayın 20-də davam etdiriləcək.
“Abzas Media işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə mühakimə olunurlar.
İlkin olaraq onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.
Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: sosial media
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib