sosial media
İmişli rayonunun Qaralar kəndində 15 yaşlı qızın meyiti tapılıb.
“Lent.az”ın mayın 16-da verdiyi xəbərə görə, 9-cu sinif şagirdi Mütəllimova Türkanın meyiti yaşadığı evin həyətində yarımtikilidə aşkarlanıb.
Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bundan əvvəl də, mayın 12-də Gəncədə Elgün İbrahimov adlı 17 yaşlı yeniyetmə oğlan küçədə döyülərək tərk edilib və aldığı xəsarətlərdən ertəsi gün xəstəxanada həyatını itirib.
Hadisəni törədən şəxslər hələ də tapılmayıb.
Mayın 17-də Baş Prokurorluq və DİN Elgün İbrahimovun ölümü ilə bağlı birgə məlumat yayıb.
Məlumatda cinayət işinin başlandığı və istintaq tədbirlərinin davam etdirildiyi deyilir.
Baş Prokurorluq və DİN istintaqla dəqiqləşdirilməmiş məlumatların yayılmasının ictimaiyyətdə çaşqınlıq yaratdığını bildirib.
İbrahimovun ölümü ilə bağlı sosial şəbəkələrdə məşhur sənət adamları, influenserlər , ictimai fəallar paylaşım ediblər. Onlar yeniyetmənin amansız ölümünə diqqət çəkiblər və qətli törədənin və ya törədənlərin tezliklə tapılmasını tələb ediblər.
“Facebook”da mövzuya toxunan ictimai fəal Gülnara Mehdiyeva cəmiyyətdə hüquq-mühafizə orqanlarına inam qalmadığını qeyd edib.
“Müstəqil jurnalistləri bütün şəhər kameraları ilə qarabaqara izləyən, evində pusan, Tofiq Yaqublunun qapısına post quran hökumət günlərdir ki, 17 yaşlı Elgün İbrahimovun qatilini tapa bilmir”, - o yazıb.
“Diqqətçəkən məqam budur ki, ölkədə hüquq-mühafizə orqanlarına zərrə inam qalmayıb, şərhlərdə insanların versiyası budur ki, qatillər çoxdan tapılıb, sadəcə təyin olunan "tas"ı hazırlayırlar, sonra isə cinayət hansısa narkomanın üstünə atılacaq. Heç bir Avropa ölkəsində vətəndaşın ağlına belə şey gəlməz ki, Azərbaycanda gəlir”, - Mehdiyeva əlavə edib.
Qeyd: İddialarla bağlı hüquq-mühafizə orqanlarının mövqeyini dərc etməyə hazırıq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Fərqanə Novruzova
sosial media
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib