Foto: sosial media
“Meydan TV işi” üzrə həbs edilən “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa saxlanıldığı 1 saylı Bakı istintaq təcridxanasından məktub göndərib.
O, yazısında saxlanma şəraitindən, keçirdiyi hisslərdən və yaşadıqlarından bəhs edib.
Şəmşad Ağa bildirir ki, həbsxana yoluna Ahmet Kayanın “Şu dağlarda kar olsaydım” mahnısı ilə başlayıb.
“Bu yol saat baxımından qısa olsa da, zaman baxımından bir qərinə kimi gəldi”, – deyə o, qeyd edir.
“Arada "voronak"dakı polislərin replikalarını çıxsaq, demək olar, bir kitablıq düşündüm: həbsdəki dostları, ölkəni, vətənin, insanın düşdüyü çıxılmaz labirint və bu yolda ölənlərin, həyatı şikəst olanların keçdiyi məşəqqətli yolu. Sanki, “NKVD”-nin xırıltılı və fit çalan qatarında "Solovki" düşərgəsinə- uzaq Sibirə aparılırdım.
Bütün bu hekayətləri ona görə yazmıram ki, mən qəhrəman idim və ya hansısa əməlimə görə peşman olmuşdum.
İstəyirəm tarix və gələcək nəsil bu günlərdə nələrdən keçdiyimizi oxusun, nəticə çıxarsın.
Yenə Şahnazı düşündüm və polisdən onun hara aparıldığını soruşdum.
-Bilmirəm - dedi.
- Nəyindir ki? - deyə soruşdu.
- Bacımdır - dedim.
- Nə? Ə, sizə lazım idi bacı-qardaş tutulmaq?
- Yox, bizə lazım deyildi, amma sizə lazım idi.
Susduq. Kürdəxanıya çatanda hava axşamçağına doğru gedirdi. Ümumiyyətlə, Bakının Kürdəxanı kəndində ilk dəfə olurdum, o da həbsxanasında…”.
Jurnalist təcridxanada kobud münasibətlə üzləşmədiyini, hətta bir əməkdaşın ona “Şeirlərini oxumuşam” dediyini yazıb.
Karantin otağında tanımadığı bir məhbusla qaldığını bildirən Şəmşad Ağa, həbs olunma səbəbini ona zarafatla “mən ölkənin altından tunel qazıb xaricdən pul qaçırmışam” deyə izah edib.
“Nəsə anlamadı. Başını atıb yatdı. Mən də bir az gəzişib yerimdə uzandım. Başımın üstündəki nəfəsliyi açmaq istədim, açılmadı. 3-4 dəqiqə sonra hansısa otaqda Ahmet Kayanın "Şəfəq türküsü"nün səsi gəldi.
"Penceresiz kaldım, anne".
Jurnalist Şəmşad Ağa bu ilin fevralında “Meydan TV işi” ilə bağlı həbs olunub.
Ona qarşı qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: sosial media
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib