Dünya

İsrail Qəzzada bir gündə 100-dən çox insan öldürüb

16 May, 2025
77

Foto: Reuters

İsrail ordusunun hücumları mayın 15-də Qəzza zolağında 100-dən çox insanı öldürüb. 

Ölüm halları, əsasən, Qəzzanın şimalındakı Cəbəliyə və cənubundakı Xan Yunis şəhərlərində qeydə alınıb. 

Bu ayın əvvəlində İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi təhlükəsizlik kabineti Qəzza zolağının ələ keçirilməsi haqda qərar verib. 

Netanyahu özü isə deyib ki, plan zolağa nəzarət edən HƏMAS-ı məhv etməyə və İsrail ordusunun daha çox ərazini nəzarətə götürməsinə hesablanıb. O həm də bildirib ki, planı həyata keçirmək üçün Qəzzanın bütün mülki əhalisinin zolağın cənubunda daha kiçik bir əraziyə sıxışdırılması nəzərdə tutulur. 

İsrailin Qəzza zolağına davam edən hücumları fonunda bu ölkənin ən böyük dəstəkçisi ABŞ-ın Prezidenti Donald Tramp İran körfəzi ölkələrinə səfər edib. Mayın 13-də Səudiyyə Ərəbistanı və ardınca Qətərə səfərlə başlayan tur dünən Trampın BƏƏ-yə səfəri ilə davam edib. 

İsrailin Trampın Yaxın Şərq turundan kənarda qalması müşahidəçilər tərəfindən ABŞ-la İsrail arasında münasibətlərin soyuması kimi şərh olunub. 

Tramp ötən həftə Qəzza zolağındakı “vəhşi müharibəyə” son qoyulmasını istədiyini demişdi. 

Bundan əlavə, onun rəhbərlik etdiyi administrasiya son həftələrdə İsrailin iştirakı olmadan Yəmənə nəzarət edən husilərlə və Qəzzaya nəzarət edən HƏMAS-la danışıqlar aparıb. Danışıqlar nəticəsində husilər Qırmızı Dənizdən keçən gəmilərə hücum etməyi dayandırıb, HƏMAS isə əsir saxladığı son ABŞ vətəndaşını azad edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya və Ukrayna nələrdə razılığa gəlib?

17 May 2025

Foto: açıq mənbədən götürülüb

Mayın 16-da İstanbulda görüşən Rusiya və Ukrayna nümayəndə heyətləri atəşkəs barədə razılığa gəlməyib.  Lakin onlar hər ölkədən min əsirin mübadiləsi, atəşkəslə bağlı şərtlərinin yazılı şəkildə bir-biri ilə bölüşülməsi və yenidən görüşmək barədə razılığa gəliblər.  Həmçinin, vasitəçi qismində çıxış edən Türkiyə “sülhün əldə olunması üçün səy göstərməyə” davam edəcəyinə söz verib.  Həmin gün “Avropa Siyasi Birliyi”nin 6-cı zirvə toplantısında iştirak üçün Tiranada olan Ukrayna Prezidenti Volodimir Zelenski müxtəlif ölkələrin liderləri ilə görüşüb.  O, Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderləri ilə birlikdə telefonla ABŞ Prezidenti Donald Trampla danışıb və “İstanbul görüşünü müzakirə edib”.  “Ukrayna real sülhə nail olmaq üçün mümkün olan...
Dünya

Zelenski Türkiyəyə gedən Rusiya heyətini “saxta” adlandırıb

15 May 2025

Reuters

Ukrayna və Rusiyadan olan nümayəndə heyətləri danışıqlar aparmaq üçün Türkiyəyə geliblər, lakin onların görüşüb-görüşməyəcəyi hələ də bəlli deyil.  Ankarada olan Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata deyib ki, o, rusiyalı həmkarı Vladimir Putindən başqa Rusiyanı təmsil edən heç kimlə görüşməyəcək.  Putin isə Türkiyəyə getməyib. Zelenski həm də deyib ki, nümayəndə heyətlərinin görüşüb-görüşməyəcəyinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra qərar verəcəklər.  O, Rusiyadam gələn nümayəndə heyətini “saxta” adlandırıb.  “Müşahidəmizə görə, bu nümayəndə heyəti teatral təəssürat bağışlayır. Prezident Ərdoğanla söhbətdən sonra növbəti addımlarımıza qərar verəcəyik. Əhəmiyyətli müzakirə və çox vacib qərarlar üçün bir neçə saatımız olacaq. Rusiya nümayəndə heyətinin səviyyəsini, onların hansı...

Seçilmiş Videolar

Toplum TV loqo