Dünya

İsrail Qəzzada yardım dalınca gələn 70 fələstinlini öldürüb 

18 İyun, 2025
90

Foto: AP

İsrail iyunun 17-də Qəzza zolağında humanitar yardım üçün gələn ən az 70 fələstinlini öldürüb. 

Bu barədə Qəzzanın səhiyyə rəsmiləri məlumat yayıb. 

Onlar bildirib ki, İsrail tank mərmiləri, pulemyotlar və dronlarla atəş açaraq mülki şəxsləri öldürüb. 

“Reuters“ yazır ki, ümumilikdə həmin gün zolaqda 89 nəfərin öldürüldüyü bildirilir. 

İsrail əsgərləri Qəzzanın cənubundakı Xan Yunis şəhərində humanitar yardım məntəqəsinə gələn izdihama atəş açıblar. Bu hadisə ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Fondu (GHF) mayın 26-da ərazidə ərzaq paylamağa başladıqdan bəri davam edən qırğın dalğasının ən ölümcülü olub.

Ümumilikdə isə ərazidə üç həftə ərzində 300-dən çox insan öldürülüb və 2000-dən çoxu yaralanıb. 

Martın əvvəlindən İsrailin blokadada saxladığı Qəzzada ərzaq və başqa ehtiyaclar üçün yeganə ümid yeri GHF-dir. 

İsrail hökuməti sözçüsü bildirib ki, ordu yalnız yardım məntəqəsinə yaxınlaşan “şübhəli şəxslərə xəbərdarlıq atəşi” açıb. 

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres ölümləri qınayıb və məsuliyyət tələb edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Xamenei: “İran xalqı heç vaxt təslim olmayacaq”

18 İyun 2025

Foto: Reuters

İranın Ali dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın “şərtsiz təslim olmaq” çağırışına cavab verərək deyib ki, İran xalqı “heç vaxt təslim olmayacaq”.  Onun mesajı dövlət televiziyasında oxunub. Xamenei bildirib ki, İran İsraillə münaqişədə “ABŞ-ın istənilən hərbi müdaxiləsinə” cavab verəcək və bu, “şübhəsiz ki, düzəlməz zərərə gətirib çıxaracaq”. “Radio Fərda” onun sözlərini sitat gətirib: "İran xalqı tətbiq edilən sülhə qəti şəkildə qarşı çıxacağı kimi, tətbiq edilən müharibəyə də qəti şəkildə qarşı çıxacaq".  Xamenei əlavə edib ki, “İranı, İran xalqını və onun tarixini bilən müdrik insanlar heç vaxt bu xalqla təhdid dili ilə danışmayacaqlar”. Donald Tramp da bir gün əvvəl demişdi...
Dünya

Ümit Özdağ azadlığa buraxılıb

17 İyun 2025

Foto: Anadolu Ajansı

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ iyunun 17-də  azadlığa buraxılıb. Məhkəmə “xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etmək” ittihamı ilə mühakimə olunan Özdaqğın ikinci iclasında onun barəsində azadlığa buraxılma qərarı verib. Məhkəmə, üzərinə atılan ittihamın sübuta yetirildiyini əsas gətirərək Özdağı 2 il 4 ay 3 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onun 148 gün həbsdə qalması nəzərə alınaraq əlavə məhdudiyyət tətbiq edilmədən azadlığa buraxılması qərara alınıb. Silivridə keçirilən məhkəmədə ifadə verən Özdağ, sosial media paylaşımlarında zorakılıq çağırışının olmadığını bildirib. Prokurorluq isə Özdağın 7 il 10 aya qədər azadlıqdan məhrum edilməsini tələb edib və həbsinin davam etməsini istəmişdi. Ümit Özdağ...

Seçilmiş Videolar

Toplum TV loqo