Məhkəmə

Mayın 6-dan “kars”da saxlanılan işçi hüquqları fəalının səhhəti pisləşib

18 İyun, 2025
22

Foto: sosial media

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin səhhətində problemlər yaranıb. 

“İşçi Masası” bildirir ki, vəkil Zibeydə Sadıqova ilə görüşən fəal son 10 gündə qulağında ağrılar olduğunu, iltihab və çirkli axıntı yarandığını deyib. 

Şikayətlə bağlı Sadıqova Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə və Penitensiar Xidmətə müraciət edib. Mustafayevin təcili olaraq müayinə olunması və nəticələrinin ailəsinə təqdim olunması tələb olunur. 

Mustafayev mayın 6-dan cərimə kamerasında (karr) saxlanılır. 

O, həbsdə olan siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması üçün aclıq etdiyinə görə karserə salınıb. 

Fəal mayın 19-da karsdan çıxarılmalı olsa da, onun burada saxlanma müddəti 10 gün uzadılıb. 

İyunun 3-də isə ailəsi xəbər verib ki, Mustafayevin karserdə qalma müddəti daha 1 ay uzadılıb. 

Ailəsi Mustafayevin davamlı karserdə saxlanılmasını “yuxarıların sifarişi” sayır və onun səhhətindən narahatlıq ifadə edir. 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb. 

2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib. 

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?

18 İyun 2025

Foto: Toplum TV

“Müstəntiqlər istintaq sirrini yaymamaq barədə biz vəkillərdən iltizam alırlar. Lakin, səhər durub görürsən ki, cinayət işinin bütün məlumatları jurnalistin dili ilə və ağır ittihamedici damğalarla “Real TV”, “Baku TV” kimi televiziyalarda, hökumətyönlü saytlarda nümayiş etdirilir.” Bu sözlər vəkil Nazim Musayevə aiddir. O, siyasi motivli hesab olunan işlərə çıxan azsaylı vəkillərdən biridir. Onun müdafiə etdiyi şəxslər arasında müxalif siyasətçi Tofiq Yaqublu, Toplum TV-nin jurnalisti Müşfiq Cabbar, “Meydan TV” jurnalisti Xəyalə Ağayeva, işçi hüquqları fəalı Möhyəddin Orucov var.  Musayev mayın 30-da “Facebook” səhifəsində etdiyi paylaşımla istintaq materialları olduğu iddia edilən məlumatların dövlət və hökumətyönlü media orqanlarında peyda olması mövzusunu gündəmə gətirib.  Vəkil...
Məhkəmə

Bir aya yaxın aclıq edən Fazil Qasımov hələ də “kars”da saxlanılır 

18 İyun 2025

Foto: Toplum TV

İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində iqtisadçı Fazil Qasımovın işi üzrə hakim Aqil Musayevin sədrliyi ilə məhkəmə prosesi keçirilib.  Ailəsi Toplum TV-yə bildirib ki, Qasımov məhkəmə prosesində 27 gündür aclıq etdiyini və buna görə hələ də cərimə kamerasında (kars) saxlanıldığını deyib. O, həmçinin, qeyd edib ki, apellyasiya şikayətinə yazdığı əlavə və dəyişikliklər Penitensiar Xidmətin əməkdaşları tərəfindən zorakılıqla əlindən alınıb.  İqtisadçı ailə üzvlərindən Ombudsman Səbinə Əliyevanın ona baş çəkməsi üçün müraciət etmələrini istəyib.  Qasımovun cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətini məhkəmə təmin etməyib. Bundan başqa, məhkəmə müdafiə tərəfinin baxış iclasının istintaq aparılmaqla keçirilməsi, iqtisadçı Qubad İbadoğlunun çağırılıb dindirilməsi və Q.İbadoğlu ilə...

Seçilmiş Videolar

Toplum TV loqo