Məhkəmə

Bir aya yaxın aclıq edən Fazil Qasımov hələ də “kars”da saxlanılır 

18 İyun, 2025
765

Foto: Toplum TV

İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində iqtisadçı Fazil Qasımovın işi üzrə hakim Aqil Musayevin sədrliyi ilə məhkəmə prosesi keçirilib. 

Ailəsi Toplum TV-yə bildirib ki, Qasımov məhkəmə prosesində 27 gündür aclıq etdiyini və buna görə hələ də cərimə kamerasında (kars) saxlanıldığını deyib.

O, həmçinin, qeyd edib ki, apellyasiya şikayətinə yazdığı əlavə və dəyişikliklər Penitensiar Xidmətin əməkdaşları tərəfindən zorakılıqla əlindən alınıb. 

İqtisadçı ailə üzvlərindən Ombudsman Səbinə Əliyevanın ona baş çəkməsi üçün müraciət etmələrini istəyib. 

Qasımovun cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətini məhkəmə təmin etməyib.

Bundan başqa, məhkəmə müdafiə tərəfinin baxış iclasının istintaq aparılmaqla keçirilməsi, iqtisadçı Qubad İbadoğlunun çağırılıb dindirilməsi və Q.İbadoğlu ilə Anar Əliyevin iddia edilən görüşünün kamera görüntülərinin alınıb baxış keçirilməsi barədə vəsatətlərini də rədd edib. 

Daha sonra Qasımov dövlət ittihamçısı Emil Mirzəyevə də etiraz verib. O, etirazını prokurorun “qərəzli mövqeyi” ilə əsaslandırıb.  Bildirib ki, prokurorun heç bir əsas gətirmədən müdafiə tərəfinin bütün vəsatətlərinin rədd edilməsini istəməsi ona etiraz verilməsi üçün əsasdır. Prokuror etirazla bağlı deyib ki, bu, tam əsassız və məntiqsizdir və hakim Aqil Musayev etirazın baxılmamış saxlanılması haqqında qərar qəbul edib.

Qasımov aclıq aksiyası keçirdiyinə görə səhhətinin yaxşı olmadığını, həmçinin məhkəməyə təqdim edəcəyi şikayətə əlavə və dəyişikliklərin əlindən alındığını əsas gətirərək iclasın təxirə salınmasını istəyib. Məhkəmə yalnız bu vəsatəti təmin edib. 

Məhkəmə tərkibi 23 iyun tarixindən əmək məzuniyyətinə çıxdığı üçün məhkəmənin baxış iclası 29 iyul tarixinə saat 15:00-a təxirə salınıb.

Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir. 

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo