Dünya

İstanbuldakı İsrail konsulluğunun qarşısında atışma baş verib, ölənlər var

7 Aprel, 2026
126

Reuters

İstanbulun Beşiktaş bölgəsində İsrail konsulluğunun yerləşdiyi binanın qarşısında silahlı atışma baş verib.

“Hürriyet” qəzetinin məlumatına görə, aprelin 7-də baş verən hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.

Məlumata görə, konsulluğun yerləşdiyi binaya silahlı üç nəfər daxil olmağa cəhd edib.

Bundan sonra mühafizə əməkdaşları və polis ilə onların aralarında atışma baş verib. Nəticədə hücum edənlərdən iki nəfər öldürülüb, üçüncü şəxs isə yaralanıb.

Türkiyə təhlükəsizlik qüvvələrinin iddiasına görə, hücum edənlərin hədəfi İsrail diplomatik missiyasının  əməkdaşları olub.

İstanbulda yerləşən yəhudi icmasından olan mənbə “Yerusəlim Post”-a bildirib ki, konsulluq iki ildən çoxdur bağlıdır və ehtimal ki, atışma zamanı əməkdaşlar orada olmayıb.

Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub. Türkiyənin ədliyyə naziri Akın Gürlek araşdırmalara başlanıldığını bildirib. İsrail Xarici İşlər Nazirliyi baş verənlə bağlı məlumatları dəqiqləşdirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”

21 Oktyabr 2026

whitehouse

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ilin yanvarında prezidentliyə qayıtmasından bəri 300 mindən çox vizanın ləğv edildiyini açıqlayıb. Departamentin məlumatına görə, vizaların ləğvi son həftələrdə sürətlənib. Dövlət Departamenti avqustun 10-da yayımladığı əvvəlki məlumatda həmin göstəricinin 175 mindən çox olduğunu bildirmişdi. Tramp 2025-ci ildə imzaladığı sərəncamda bildirirdi ki, “ABŞ-nin siyasəti ölkə vətəndaşlarını terror aktı törətmək niyyətində olan, milli və ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşlardan qorumağa” yönəlib. Departamentin sözçüsü Tommi Piqott administrasiyanın əvvəlki hökumətlərlə müqayisədə daha çox vizanı və daha sürətli ləğv etdiyini deyib. “Viza ilə ABŞ-də olan, qanunları pozan, dələduzluq edən və ya milli təhlükəsizliyimizə təhdid yaradan xarici vətəndaşlara qarşı...
Dünya

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu deyib

20 Oktyabr 2026

sosial media

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib. Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb. “Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, - vitse-prezident deyib. O, Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Vensin sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür. Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib. “Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, - Vens bildirib. O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyini,...

Seçilmiş Videolar

Toplum TV loqo