Dünya

Jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verilib

26 Noyabr, 2025
109

Foto: sosial media

Noyabrın 26-da İstanbul Ağır Cəza Məhkəməsi türkiyəli jurnalist Fatih Altaylının ittiham olunduğu işlə bağlı qərar verib. 

Məhkəmənin hökmü ilə F.Altaylı barəsində 4 il 2 ay həbs cəzası qərarı verilib. O, prezidenti təhdid etməkdə təqsirli bilinib. 

Son sözündə ittihamı rəd edən F.Altaylı bildirib ki, prezident Rəcəb Tayyip Ərdoğan jurnalistdən qorxan biri deyil. 

“Prezident niyə məndən qorxsun? Mən nə təşkilat üzvüyəm, nə də başqa bir şey. Şiddətə əl atmamışam. Məncə prezident qorxaq biri deyil, burada həm mənə, həm də prezidentə haqsızlıq edilir. Prezident İsraillə dalaşıb, “Mossad”dan qorxmayıb, 15 iyulda çevriliş vaxtı ayağa qalxıb İstanbula gəlib. Yəni prezident qorxan biri deyil. Mən sözlərimdən sonra Prezidentin Mühafizə İdarəsindən soruşdum ki, prezidentin gündəliyində dəyişiklik olubmu? Olmayıb! Yəni ciddi qəbul ediləcək bir söz deməmişəm”, - o deyib. 

“YouTube”un Türkiyə seqmentində ən çox izləyicisi olan jurnalistlərdən biri olan Fatih Altaylı barəsində bu il iyunun 20-də öz kanalında işlətdiyi ifadələrdən sonra istintaq başlanıb. 

“Yaxın keçmişə yox, uzaq keçmişə baxın; bu millət padşahını boğmuş bir millətdir. Az şey deyil – öldürülən, sui-qəsdin qurbanı olan Osmanlı padşahları… Sui-qəsd deməyək, fitnə qurbanı olan, yaxud boğulan və ya intihar adı verilən Osmanlı padşahları…”, - F.Altaylı deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp ABŞ-də doğulanlara vətəndaşlıq verməyi məhdudlaşdıran fərman imzalayıb

7 Avqust 2026

The White House

ABŞ prezidenti Donald Tramp ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi qaydalarını məhdudlaşdıran iki fərman imzalayıb. Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. Fərmanlardan biri ABŞ-də doğulan, lakin vətəndaşlıq ala bilməyəcək xarici vətəndaşların uşaqlarının kateqoriyalarını müəyyən edir. Sənədə əsasən, doğumla ABŞ vətəndaşlığı ala bilməyəcək uşaqlar sırasına xarici diplomatların, səfirlik əməkdaşlarının, xarici hökumətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin uşaqları daxildir. Həmçinin valideynlərindən biri doğumla vətəndaşlıq əldə etmək məqsədilə saxta və ya kommersiya xarakterli razılaşmada iştirak edən uşaqlar, eləcə də ABŞ-də doğuş üçün surroqat ana ilə kommersiya müqaviləsi bağlayan valideynlərin uşaqları da bu kateqoriyaya aid edilir. Fərmanda ABŞ ərazisinin və ya ərazi sularının federal...
Dünya

Hüquq müdafiəçiləri: “Təkcə iyul ayında İranda azı 71 nəfər edam edilib”

7 Avqust 2026

IHRNGO

İranda 2026-cı ilin ilk yeddi ayı ərzində azı 444 nəfər edam edilib. Onlardan 71-i təkcə iyul ayında edam olunub. Bu barədə avqustun 6-da İran İnsan Haqları Təşkilatı (IHRNGO) məlumat yayıb. Təşkilatın məlumatına görə, iyul ayında edam olunanlardan 36 nəfər qətl, 26 nəfər narkotiklə bağlı cinayətlər, 8 nəfər milli təhlükəsizlik ittihamları, 1 nəfər isə zorlama ittihamı ilə ölüm cəzasına məhkum edilib. Edam olunanlar arasında 6 etirazçı da olub. Hüquq müdafiəçilərinin hesabatına əsasən, ilin əvvəlindən indiyədək edam edilənlər arasında 12 qadın, 17 xarici ölkə vətəndaşı və 80 etnik azlığın nümayəndəsi var. Həmçinin edam olunanlar arasında 28 etirazçı (26 nəfəri yanvar etirazları, 2...

Seçilmiş Videolar

Toplum TV loqo