Dünya

Kanada ukraynalı uşaqların deportasiyasına görə rusiyalı nazirə sanksiya tətbiq edib

11 Sentyabr, 2026
23

FHN

Kanada Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkova, onun həyat yoldaşı Yelena Milskayaya və daha altı Rusiya vətəndaşına sanksiya tətbiq edib.
Bu barədə Kanada hökumətinin saytında məlumat verilib.

Kanada hakimiyyətinin fikrincə, sanksiya siyahısına daxil edilən şəxslər ukraynalı uşaqların qanunsuz deportasiyası və məcburi köçürülməsində, eləcə də ideoloji təbliğata cəlb edilməsi və hərbiləşdirilməsində iştirak edib və ya etməkdədirlər.

Kurenkov və Milskayadan başqa, sanksiya siyahısına “Rosmolodyoj”un rəhbəri Qriqori Qurov, “Birincilərin Hərəkatı”nın rəsmiləri Artur Orlov və Denis Çernobay, Uşaq Hüquqları üzrə Müvəkkilin aparatının müşaviri Vladimir Xromov, Aleksandra Kulqina və Vitali Suk da düşüb.

Onların bəzisi artıq Avropa İttifaqı (Aİ), Böyük Britaniya və digər ölkələrin sanksiya siyahılarındadır. Aİ-nin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri təxminən 20 min 500 ukraynalı uşaq deportasiya edilib və ya məcburi köçürülüb.

Aİ bildirir ki, ‘bu addımlar beynəlxalq hüququ və uşaqların əsas hüquqlarını pozur, Ukrayna kimliyinin məhv edilməsinə yönəlib’.

2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və ölkənin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsi barədə order verib. Onlar Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən uşaqların qanunsuz deportasiyasına görə məsuliyyət daşımaqda ittiham olunurlar.

Məhkəmə Putinin bu əməllərə görə şəxsi məsuliyyət daşıdığını düşünmək üçün “ağlabatan əsaslar”ın olduğunu bildirib.

Rusiya rəsmiləri ukraynalı uşaqların ölkədən qanunsuz çıxarılması ilə bağlı ittihamları rədd edir. Onlar bunu humanitar yardım və ya işğal olunmuş ərazilərdə infrastrukturla sosial xidmətlərin dağılması səbəbindən yaranmış zərurət kimi təqdim edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Karapetyan ‘təhqirə görə' Paşinyanı məhkəməyə verib, üzr və təzminat tələb edir

11 Sentyabr 2026

sosial media

Müxalif "Güclü Ermənistan" ittifaqının lideri və biznesmen Samvel Karapetyan baş nazir Nikol Paşinyana qarşı məhkəməyə müraciət edib.  OC Media yazır ki, o, seçkiqabağı kampaniya zamanı təhqir olunduğunu bildirərək Paşinyandan ictimai formada üzr istəməsini və 3 milyon dram (8 300 dollar) təzminat ödəməsini tələb edir. İddia Paşinyanın mayın 29-da seçki kampaniyası zamanı Karapetyan barədə söylədiyi bildirilən fikirlərlə bağlıdır. Karapetyan məhkəmədən tələb edib ki, Paşinyan həmin gün ictimai çıxışı zamanı onun barəsində “təhqiredici ifadələr işlətməsinə” görə rəsmi “Facebook” səhifəsində canlı yayım vasitəsilə üzr istəsin. Lakin Ermənistanın məhkəmə informasiya sistemində yerləşdirilən iddia ərizəsində söhbətin konkret hansı ifadədən getdiyi göstərilmir. Seçkiqabağı kampaniya boyunca Paşinyan, Karapetyan və...
Dünya

FSB: “Ukrayna Rusiyadakı Britaniya səfirinə qarşı hücum planlaşdırıb”

10 Sentyabr 2026

sosial media

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın Moskvadakı Britaniya səfirinə qarşı terror aktı planlaşdırdığını iddia edib. FSB-nin sentyabrın 10-da yaydığı məlumata görə, Britaniya səfirliyinin mühafizəsini həyata keçirən şirkətdə çalışan Rusiya vətəndaşı saxlanılıb. Rusiya tərəfi onun Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) tapşırıqları ilə fəaliyyət göstərdiyini iddia edib. Həmin şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 275-ci, dövlətə xəyanət maddəsi ilə cinayət işi açıldığı bildirilir. İddialara görə, saxlanılan şəxs ukraynalı bloger Dmitri Karpenkonun göstərişi ilə səfirliyin əməkdaşları, onların səfərləri və görüşləri, həmçinin diplomatik nümayəndəliyin təhlükəsizlik sistemi barədə məlumat toplayıb. FSB iddia edir ki, SBU bu məlumatlardan Britaniya səfirinə və digər diplomatlara qarşı diversiya və terror aktları...

Seçilmiş Videolar

Toplum TV loqo