Dünya

Kanadada məktəbdə silahlı insidentdə 10 nəfərin öldürüldüyü bildirilir 

11 Fevral, 2026
209

Foto: Trent Ernst

Fevralın 11-də Kanadanın qərbində Tamblr Ric şəhərindəki orta məktəbdə bir nəfərin odlu silahdan atəş açmaqla özü daxil 10 nəfəri öldürdüyü bildirilir. 

Yerli polisin məlumatına görə, 8 nəfər məktəbdəcə, bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Silahlı da özünə atəş açmış şəkildə tapılıb. 

Silahlının qadın olmasından başqa məlumat açıqlanmayıb. Ölənlərin də neçəsinin məktəbli olduğu hələ ki bilinmir. 

Polis hadisənin motivini araşdırır. 

ABŞ-dən fərqli olaraq, Kanada məktəblərdə silahlı insidentlərlə tanınmır və silah satışı ilə bağlı daha sərt qanunlara sahibdir. 

Bu ölkədə ən dəhşətli məktəb insidenti 1989-cu ildə baş verib və həmin atışmada 14 məktəbli öldürülüb. 

Kanadanın baş naziri Mark Karni hadisə ilə əlaqədar fevralın 11-də baş tutacaq Münxen Təhlükəsizlik Konfransında iştirakını təxirə salıb. 

"Tamblr Ric şəhərində baş verən dəhşətli atışma hadisəsi məni sarsıtdı. Dualarım və ən dərin başsağlığım bu dəhşətli zorakılıq aktları nəticəsində yaxınlarını itirən ailələr və dostlarla birlikdədir", - o, "X" səhifəsində yazıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin Azərbaycana 1 milyon rubldan artıq nağd pul aparılmasını qadağan edib

29 Sentyabr 2026

moskvichmag.ru

Rusiya prezidenti Vladimir Putin fiziki şəxslərin, hüquqi şəxslərin və fərdi sahibkarların ölkəsindən Azərbaycan, Tacikistan, Özbəkistan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə 1 milyon rubldan artıq nağd rubl çıxarmasını qadağan edib. Bu, sentyabrın 29-da imzalanan prezident fərmanında qeyd olunub. Fərmana əsasən, hökumətin müəyyənləşdirəcəyi hava limanlarından bank çıxarışı və ya Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda nəzərdə tutulan digər sənədlər əsasında 1 milyon rubldan artıq nağd rubl çıxarmaq mümkün olacaq. Aİİ-yə Rusiya ilə yanaşı Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Qadağanın pozulacağı halda vəsait müsadirə ediləcək. Fiziki şəxslərdən 1 milyon rubldan artıq məbləğ, hüquqi şəxslər və fərdi sahibkarlardan isə bütün vəsait alınacaq. Yeni qərarla...
Dünya

Zelenski: “Şimali Koreya Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşır”

29 Sentyabr 2026

forbes.ua

Ukrayna prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya təxminən 10 min hərbçi göndərməyə hazırlaşdığını deyib. Zelenski bunu sentyabrın 28-də axşam müraciətində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hesabatına istinadən bildirib. Onun sözlərinə görə, hərbçilərin seçilməsi, hazırlığı və sonradan Rusiyaya göndərilməsi prosesi davam edir. Zelenski hazırda Rusiyada 8 mindən çox Şimali Koreya hərbçisinin olduğunu da deyib. Ukrayna prezidenti Rusiyanın Şimali Koreyanın yardımının əvəzini texnologiya ilə ödədiyini bildirib. Onun sözlərinə görə, bunun qarşılığında Şimali Koreyada “Şahed” tipli pilotsuz uçuş aparatlarının istehsalı qurulub. “Şər məhz belə yayılır”, - Zelenski qeyd edib. Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsi barədə məlumat ilk dəfə 2024-cü ilin oktyabrında yayılıb. Kreml...

Seçilmiş Videolar

Toplum TV loqo