sosial media
Almaniya ordusu “Quantum Systems” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının istifadəsini şirkətə qarşı kiberhücum aşkarlandıqdan sonra ehtiyat tədbiri kimi müvəqqəti dayandırıb.
“Financial Times”ın məlumatına görə, naməlum şəxslər şirkətin dronların yerdən idarə edilməsi və uçuş missiyalarının planlaşdırılması üçün istifadə olunan QBase proqramının yenilənmə sistemi vasitəsilə zərərli yeniləmə faylı yayıblar. Hadisənin oktyabrın sonunda aşkarlandığı bildirilir.
“Quantum Systems” noyabrın 12-də sistemlərinə qarşı “düşmən aktorlar” tərəfindən kiberhücum edildiyini təsdiqləyib. Şirkətin açıqlamasına görə, təhlükə kibertəhlükəsizlik komandaları və dövlət qurumları ilə əməkdaşlıq nəticəsində nəzarətə götürülüb, operatorlar və son istifadəçilər üçün risk yoxdur.
“Der Spiegel”in məlumatına əsasən, araşdırmaya Almaniyanın Hərbi Əks-kəşfiyyat Xidməti (MAD), Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə və İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarə cəlb olunub.
Hücumun arxasında kimin dayandığı, zərərli yeniləmənin hansı müştərilərin sistemlərinə yayıldığı və mümkün məlumat sızması barədə hələlik məlumat yoxdur.
Noyabrın 13-də “Reuters” “Quantum Systems”ə istinadla bildirib ki, Almaniya ordusunun müvəqqəti dayandırdığı dronlar yenidən istifadə olunur. Şirkət yalnız Bundesverin uçuşları dayandırdığını, digər müştərilərdə isə sistemlərin normal işlədiyini deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Əbu-Dabi danışıqları: Ukrayna və Rusiya yalnız əsir mübadiləsi üzrə razılığa gəlib
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib