sosial media
Süni intellekt texnologiyaları sahəsində aparıcı korporasiyalardan olan “Nvidia”nın rəhbəri Censen Huanq vəzifəsindən istefa verib. Şirkət bu barədə noyabrın 12-də məlumat yayıb.
Açıqlamada bildirilib ki, Huanq prezident, baş direktor və Direktorlar Şurasının üzvü vəzifələrindən dərhal qüvvəyə minən qərarla ayrılıb. İstefanın səbəbi açıqlanmayıb.
“Nvidia”nın icraçı vitse-prezidenti və maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor təyin olunub. Şura şirkətə daimi rəhbər seçmək üçün daxili və xarici namizədlərin iştirak edəcəyi axtarışa başladığını bildirib.
“The New York Times” daha əvvəl Huanqın çinli sahibkar Alice Huanqla yaxın münasibətdə olduğunu yazmışdı. Nəşrin məlumatına görə, ABŞ kəşfiyyatı Alise Huanqın Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əlaqəli ola biləcəyindən şübhələnib. Bildirilir ki, “Nvidia”nın çiplərini alan Sinqapurun “Megaspeed” şirkətində çalışan Huanq Jensen Huanq barədə məlumat toplayaraq qabaqcıl çiplərin Çinə tədarükünə təsir göstərməyə çalışıb. Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib.
Noyabrın 8-də “Nvidia” Direktorlar Şurası bu xəbərlər fonunda müstəqil araşdırma başladıldığını açıqlamışdı. Şura həmin vaxt milli təhlükəsizliyin və şirkət sirlərinin pozulduğunu düşünmək üçün əsas olmadığını, lakin mövcud məlumatların araşdırılacağını bildirmişdi.
Huanq əməkdaşlara ünvanladığı məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edib və araşdırma ilə tam əməkdaşlıq edəcəyini bildirib.
ABŞ Konqresi də Huanqın münasibətləri və mümkün xarici kəşfiyyat əlaqələri ilə bağlı yayılan məlumatlar fonunda onun ifadə verməsini istəyib. Respublikaçı senator Tim Skott Huanqı və ABŞ-nin ticarət naziri Hovard Lutniki dekabrın 3-də Senatın Bank Komitəsində çıxış etməyə çağırıb.
Senator bildirib ki, yayılan məlumatlar “milli təhlükəsizlik və həssas Amerika texnologiyalarının qorunması ilə bağlı ciddi narahatlıq yaradır”.
Bundan başqa, Nümayəndələr Palatasının kəşfiyyat, xarici əlaqələr və Çin üzrə xüsusi komitələri Huanqı dekabrın 1-də qapalı dinləmələrə dəvət edib. Komitə sədrləri onun könüllü ifadə verməkdən imtina edəcəyi halda rəsmi çağırış vərəqəsi göndərəcəklərini bildiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Əbu-Dabi danışıqları: Ukrayna və Rusiya yalnız əsir mübadiləsi üzrə razılığa gəlib
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib