Dünya

Koçaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib

27 Avqust, 2026
13

sosial media

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Koçaryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə “Azadlıq Radiosu”nun Ermənistan xidməti məlumat yayıb.

Koçaryan hazırda xəstəxanadadır. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətinə avqustun 26-da axşam saatlarında baxılmağa başlanılıb. Keçmiş prezident əvvəlcə məhkəməyə gətirilsə də, daha sonra yenidən xəstəxanaya qaytarılıb və iclas onun iştirakı olmadan davam etdirilib.

Koçaryan avqustun 25-də evində aparılan axtarışdan sonra saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Səhhəti pisləşdiyindən daha sonra xəstəxanaya yerləşdirilib.

Oğlu Levon Koçaryanın sözlərinə görə, keçmiş prezidentin ürəyində problemlər var və o, iki həftə əvvəl əməliyyat keçirib.

Robert Koçaryana vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və xüsusilə külli miqdarda rüşvət alma ittihamları irəli sürülüb.

İstintaqın versiyasına görə, Koçaryan vəzifə səlahiyyətlərindən istifadə edərək yaxın tərəfdarları ilə əvvəlcədən razılaşma əsasında dövlət əmlakını mənimsəyib, həmçinin ictimai və iqtisadi əhəmiyyət daşıyan bir sıra qiymətli obyektlərin bazar dəyərindən xeyli aşağı qiymətə əldə olunmasını təmin edib.

Koçaryanın böyük oğlu Sedrak Koçaryan da bir gün əvvəl oxşar ittihamlarla həbs edilib.
Korrupsiya işi üzrə Robert və Sedrak Koçaryanla yanaşı, daha bir neçə nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Onların arasında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, keçmiş baş nazir Andranik Markaryan, Yerevanın keçmiş meri Qagik Beqlaryan və “Aygedzor” şirkətinin rəhbəri Aramais Vorskanyan da var.

Məlumata görə, iş çərçivəsində altı nəfər saxlanılıb, bir neçə onlarla ünvanda axtarış aparılıb.
Serj Sarkisyana isə Robert Koçaryanın prezidentliyi dövründə müdafiə naziri vəzifəsində çalışarkən səlahiyyətlərindən sui-istifadə etmə ittihamı irəli sürülüb. Onun ölkədən çıxışına qadağa qoyulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Rəsmi Budapeşt: “Rusiyanın hərəkətləri Macarıstan və Avropa üçün təhlükədir”

26 Avqust 2026

sosial media

Rəsmi Budapeşt Rusiyanı Macarıstan, Avropa və qlobal nizam üçün təhlükə hesab etdiyini açıqlayıb. Bu mövqe Macarıstan hökumətinin sentyabrda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək nümayəndə heyəti üçün hazırladığı təlimatda əksini tapıb. Baş nazir Peter Magyarın imzaladığı sənəd avqustun 25-də Macarıstanın rəsmi “Magyar Közlöny” nəşrində dərc olunub. “Macarıstan Rusiyanın hərbi təcavüzünü pisləyir, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir, həmçinin Ukraynanın özünümüdafiə hüququnu tanıyır”, - sənəddə bildirilir. Təlimatda Rusiyanın hərəkətlərinin Zakarpatyada yaşayan macar azlığını ciddi risk altında qoyduğu qeyd olunur. Budapeşt dayanıqlı sülhə və uzunmüddətli təhlükəsizlik təminatlarına nail olmaq üçün danışıqların başlanmasına yönəlmiş səyləri...
Dünya

Serj Sarkisyana da ittiham irəli sürülüb

26 Avqust 2026

imago.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın da təqsirləndirildiyi cinayət işi çərçivəsində keçmiş prezident Serj Sarkisyana ittiham irəli sürülüb. Bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən yerli mətbuata məlumat verilib. Sarkisyan xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət alma, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə təqsirləndirilir. Həmçinin Serj Sarkisyan barəsində ölkədən çıxışa qadağa qətimkan tədbiri tətbiq edilib.  Bundan əvvəl Baş Prokurorluq Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət təqibinə başladığını açıqlayıb. Ermənistanın keçmiş prezidenti, “Ermənistan” alyansının lideri Robert Koçaryan avqustun 25-də korrupsiya cinayət işi çərçivəsində saxlanılıb. Bundan...

Seçilmiş Videolar

Toplum TV loqo