Dünya

Almaniyada seçkilər: Türkiyə əsilli Elif Eralpın təmsil etdiyi Sol Partiya Berlində qalib gəlib

21 Sentyabr, 2026
14

Toplum TV

Sentyabrın 20-də Almaniyada keçirilən əyalət seçkilərində Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə “Almaniya üçün Alternativ” (AfD) ən çox səs toplayıb.

Bu barədə “Euronews” məlumat yayıb.

“Infratest dimap”ın hesablamalarına görə, Berlində Sol Partiya 25,7 faiz səslə ilk dəfə birinci olub. Kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) 18,8, AfD isə 16,3 faiz səs qazanıb. Bununla da şəhərdə hakimiyyətdə olan CDU-Sosial Demokrat Partiyası (SPD) koalisiyası parlament çoxluğunu itirib.

Sol Partiyanın əsas namizədi Elif Eralp hökumətə rəhbərlik edə bilsə, Berlinin miqrant mənşəli ilk meri olacaq. Münxendə doğulan Eralpın valideynləri 1980-ci ildə Türkiyədən Almaniyaya sığınıblar.

Eralp seçki kampaniyasında əsasən mənzil probleminə diqqət çəkib. O, kirayə haqlarına nəzarətin gücləndirilməsini və sosial mənzillərin sayının artırılmasını təklif edib.

Berlində yeni hökumətin tərkibi hələ bəlli deyil. SPD və Yaşıllar Sol Partiya ilə əməkdaşlığı istisna etməsələr də, partiyadan antisemitizmə qarşı aydın mövqe tələb ediblər. Eralp da partiyanın seçki tədbirində səslənən mübahisəli şüarları qəbul etmədiyini bildirib və araşdırmaya çağırıb.

Meklenburq-Ön Pomeraniyada isə AfD 38,2, SPD 35,5 faiz səs toplayıb. CDU 4,9 faizlə parlamentə keçid üçün tələb olunan 5 faizlik həddən aşağı nəticə göstərib.

Merts partiyasının bu əyalətdəki nəticəsini “fəlakət” adlandırıb. O, seçki mübarizəsinin SPD ilə AfD arasında cəmləşdiyini, CDU-nun isə kənarda qaldığını deyib.

AfD hökuməti qurmaq haqqının ona məxsus olduğunu bildirsə də, SPD-li baş nazir Manuela Şvezigin vəzifəsində qalması mümkündür.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“The Guardian”: ‘Rusiya bir neçə ay ərzində NATO ölkəsinə hücum edə bilər’

21 Sentyabr 2026

Kremlin.ru

Bəzi Avropa kəşfiyyat rəsmiləri Rusiyanın bir neçə ay ərzində NATO üzvü olan ölkəyə hücum edə biləcəyi barədə xəbərdarlıq ediblər. Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb. Nəşrə danışan Çexiyanın Təhlükəsizlik İnformasiya Xidmətinin (BIS) rəhbəri Mixal Koudelka bildirib ki, NATO ərazisinə məhdudmiqyaslı hərbi müdaxilə Kremlin planlarının bir hissəsi ola bilər. Onun sözlərinə görə, belə bir ssenari “illər deyil, aylar ərzində” reallaşa bilər. Polşanın baş naziri Donald Tusk da kəşfiyyat məlumatlarına əsaslanaraq oxşar xəbərdarlıq edib. O bildirib ki, Rusiya NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin praktikada işləmədiyini göstərmək üçün alyansın ərazisinə hücum edə bilər. Fransa prezidenti Emmanuel Makron Tuskun xəbərdarlığını əsaslı...
Dünya

Axios: “Tramp yenə Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı istəyib”

21 Sentyabr 2026

sosial media

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı dəfələrlə istəyib. Bu barədə “Axios” portalı danışıqdan məlumatlı mənbəyə istinadən xəbər verib. Məlumata görə, Tramp istəyini bu hücumların dünya bazarında dizel yanacağının qiymətini artırması ilə əsaslandırıb. “Danışıq zamanı ‘dizel’ sözü dəfələrlə səsləndi”, - mənbə bildirib. Zelenski sentyabrın 20-si axşam baş tutan telefon danışığı barədə açıqlamasında Trampla Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini deyib. Lakin onun neft emalı zavodlarına zərbələri dayandırmaq istəyinə cavabı barədə məlumat verilməyib. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov “Axios”a bildirib ki, görüşün sentyabrın 22-də, Trampın BMT Baş Assambleyasında çıxış edəcəyi...

Seçilmiş Videolar

Toplum TV loqo