“Bloomberg”: Ukraynanın hücumları Rusiyada neft emalını son 20 ilin ən aşağı səviyyəsinə endirib
Zelensky / X
Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində ölkədə neft emalının həcmi son 20 ildən çox müddətdə ən aşağı səviyyəyə enib.
Bu barədə “Bloomberg” “EA Analytics” şirkətinin məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, iyul ayında Rusiyadakı neft emalı zavodlarında gündəlik orta hesabla 3,91 milyon barel neft emal olunub. Bu göstərici sonuncu dəfə 2005-ci ilin martında daha aşağı səviyyədə qeydə alınıb. Hazırkı həcm ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik təxminən 1,4 milyon barel azdır.
Rusiya neft emalına dair rəsmi statistikanı məxfiləşdirdiyindən “EA Analytics” zavodların fəaliyyətini peyk görüntüləri və digər dolayı göstəricilər əsasında qiymətləndirir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatları da oxşar mənzərə ortaya qoyur. Agentliyin hesablamalarına görə, iyun ayında Rusiyada gündəlik 3,8 milyon barel neft emal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon barel azdır.
“Bloomberg”in Moskva və Kiyevin açıq mənbələrdə yaydığı məlumatlar əsasında apardığı hesablamalara görə, son 100 gün ərzində Ukrayna qüvvələri Rusiyanın neft emalı zavodlarına təxminən 50 dəfə zərbə endirib. Nəticədə ölkədə fəaliyyət göstərən 34 iri neft emalı zavodundan azı 24-ü zədələnib.
Neft emalının azalması fonunda Rusiya iyulun sonunadək dizel yanacağının əsas hissəsinin ixracını qadağan edib. Bu məhdudiyyət benzin və aviasiya kerosininin ixracına tətbiq olunan əvvəlki qadağalara əlavə olunub.
Yanacaq qıtlığı demək olar ki, Rusiyanın bütün regionlarını əhatə edib. Bəzi vilayətlərdə benzin avtomobillərin dövlət qeydiyyat nişanlarının son rəqəmlərinə uyğun məhdudiyyətlə satılır. Novosibirsk vilayətinin hakimiyyəti isə şirkətlərə əməkdaşlarını yenidən məsafədən iş rejiminə keçirməyi tövsiyə edib.
“The Bell” nəşri “Yandex Wordstat” xidmətinin məlumatlarına istinadən yazır ki, iyun ayında Rusiyada istifadəçilər “Yandex” axtarış sistemində “benzini necə hazırlamaq olar” ifadəsini 17 mindən çox dəfə axtarıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
The White House
European Commission
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib