European Commission
Avropa İttifaqı (Aİ) uşaqların sosial mediaya girişini məhdudlaşdırmağa hazırlaşır.
Bunu iyulun 13-də Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib.
"Platformalara yaşa uyğun məhdudiyyətlərin tətbiq edilməsinin zəruri olduğu tamamilə aydındır. Məsələ uşaqların sosial mediaya çıxışının olub-olmaması deyil. Məsələ sosial medianın uşaqlarımıza nə vaxt və hansı şəraitdə çıxış əldə edə bilməsi ilə bağlıdır," - o bildirib.
Von der Leyen ötən il sosial medianın zərərləri ilə mübarizə aparmaq məqsədilə topladığı ekspertlər qrupunun hazırladığı hesabatı da təqdim edib. Hesabatda tövsiyə olunur ki, 13 yaşdan kiçik uşaqların yalnız məhdud vaxt ərzində və valideyn nəzarəti altında sosial mediaya girişinə icazə verilsin.
Ekspertlər qrupu həmçinin tövsiyə edib ki, üç yaşına qədər uşaqlar, ümumiyyətlə, ekranlara baxmasın, 13 yaşına qədər isə sosial media və digər texnologiyalarla tədricən, yalnız valideyn nəzarəti altında tanış edilsinlər.
Əvvəllər də Azərbaycan da daxil olmaqla ayrı-ayrılıqda ölkələr uşaqlara sosial medianı qadağan etmək üçün qanunvericilik təşəbbüsü ilə çıxış ediblər.
Ötən ay Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliyə əsasən, sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur.
Deputatlar bunu 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının "zərərli təsirlərindən mühafizə etməklə" əsaslandırırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Fema
NATO Air Command
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib