açıq mənbə
Milli Məclis qumar oyunları üçün cəzaları sərtləşdirir.
Parlamentin iyulun 10-da keçirilən iclasında bu barədə Cinayət Məcəlləsinin müvafiq maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliklərdən birinə əsasən, internet və mobil rabitə şəbəkəsindən, sosial şəbəkələrdən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə etməklə qumar oyunları keçirənlər iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onlar, həmçinin, qumar nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə ediləcək.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə, sözügedən əməli törədənlər on min manatdan on beş min manatadək miqdarda cərimə olunur və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum olunur.
Digər dəyişiklikdə qumar oyununda təkrar iştiraka görə inzibati həbs cəzası nəzərdə tutulur.
Qüvvədə olan qanuna görə, qumar oynamış şəxs üç min manat məbləğində cərimə edilir və qazancı müsadirə olunur.
Qanun layihəsinə əsasən isə, qumar oynamış şəxs bir il ərzində yenidən qumar oynadıqda həm qazancı müsadirə olunacaq, həm də beş min manat cərimə olunacaq. Şəxs eyni zamanda işin halları nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs cəzası ala bilər.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Parlament qərar verib: Təklif olunan evdən imtina edənlər məcburi köçkün statusunu itirəcək
Açıq mənbə
president.az
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”