Dünya

“Qalatasaray” prezidenti: İsrail hökuməti klubu UEFA-ya şikayət edib

25 noyabr, 2026
3

sosial medya

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbek bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti azarkeşlərin Fələstinə dəstək pankartlarına görə klubu UEFA-ya şikayət edib.
Özbek bu barədə HT Spor-a açıqlamasında danışıb.
“Eşitmişik ki, Netanyahunun hökuməti azarkeşlərimizin Fələstin xalqına dəstək məqsədilə açdığı pankartlara görə klubumuzu UEFA-ya şikayət edib. Türk xalqı olaraq tarix boyu olduğu kimi, bu gün də məzlumların yanında olmağa və Fələstin xalqının yaşadığı ağrılara səssiz qalmamağa davam edəcəyik”, - klub prezidenti deyib.
D.Özbek Fələstinə dəstəyin siyasi yox, humanitar və vicdani mövqe olduğunu bildirib. O, UEFA-nı bu şikayəti siyasi motivli müraciət kimi qiymətləndirərək nəzərə almamağa çağırıb.
“Futbolu siyasətdən uzaq tutmağın yolu humanitar və vicdani mövqeləri cəzalandırmaq deyil, futbolun siyasi təzyiqlərə məruz qalmasının qarşısını almaqdır”, - o qeyd edib.

“Qalatasaray” azarkeşləri Avropa turnirlərində keçirilən oyunlarda dəfələrlə Fələstinə dəstək pankartları açıblar. Noyabrın 25-də İngiltərənin “Aston Villa” komandası ilə keçirilən Çempionlar Liqası matçında da tribunada Qəzzaya dəstək mesajları nümayiş etdirilib.

“The Athletic”in UEFA-ya sorğusuna cavab olaraq qurum İsrail hökumətindən rəsmi şikayət alıb-almadığını şərh etməkdən imtina edib. Bununla belə, UEFA rəsmiləri Fələstin bayraqları və simvollarının təxribatçı hesab edilmədiyini, yarışlarda nümayişinə icazə verildiyini bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İranda hicabsız konsert verdiyinə görə müğənniyə 74 şallaq zərbəsi vurulub

25 noyabr 2026

Youtube/Ahmadi

İranda 29 yaşlı müğənni Pərəstu Əhmədi hicabsız konsert verdiyinə görə 74 şallaq zərbəsi cəzasına məhkum edilib. BBC-nin məlumatına görə, hökm Qum şəhərində Əhmədi, onun qrupunun üç üzvü, həmçinin konsertin təşkilatçısı barəsində icra olunub. Onların hər biri “ictimai əxlaqı təhqir etmək” ittihamı ilə 74 şallaq zərbəsi alıb. Məhkəmə həmçinin onlara iki il müddətinə bədii fəaliyyətlə məşğul olmağı və ölkəni tərk etməyi qadağan edib. Cinayət işinə Əhmədinin 2024-cü ilin dekabrında Qum yaxınlığındakı Deyr-Qaçin karvansarasında keçirdiyi konsert səbəb olub. İnternetdə yayımlanan konsertdə müğənni hicabsız və qolsuz geyimdə çıxış edib. 2026-cı ilin iyununda məhkəmə Əhmədini və daha səkkiz nəfəri “ədəbsiz materiallar yaymaqla ictimai əxlaqı...
Dünya

46 təşkilat Azərbaycanın ATƏT sədrliyinə təklif olunmasına qarşı çıxıb

24 noyabr 2026

sosial media

Bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın ATƏT-ə mümkün sədrliyinə qəti etiraz edib və iştirakçı dövlətləri bu təşəbbüsün qarşısını almağa çağırıb. İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) saytında noyabrın 23-də yayımlanan müraciəti 46 təşkilat imzalayıb. Onlar Azərbaycan hökumətini təhlükəsizlik, ətraf mühit və insan hüquqları sahələrində “etibarlı tərəfdaş” hesab etmədiklərini və ölkənin ATƏT-ə sədrlik etməyə layiq olmadığını bildiriblər. İmzaçılar arasında ABŞ-dən “Freedom Now”, Azərbaycandan İnsan Hüquqları Mərkəzi, Belarus Helsinki Komitəsi və “Vyasna” İnsan Haqları Mərkəzi də var. Müraciətdə deyilir ki, noyabrın 19-da ATƏT-in Daimi Şurasında Azərbaycanın 2027-ci ildə təşkilata sədrlik etməsi ehtimalı müzakirə olunub. Təşkilatlar bildirirlər ki, ATƏT-in idarəçiliyinin avtoritar hökumətə həvalə...

Seçilmiş Videolar

Toplum TV loqo