Youtube/Ahmadi
İranda 29 yaşlı müğənni Pərəstu Əhmədi hicabsız konsert verdiyinə görə 74 şallaq zərbəsi cəzasına məhkum edilib.
BBC-nin məlumatına görə, hökm Qum şəhərində Əhmədi, onun qrupunun üç üzvü, həmçinin konsertin təşkilatçısı barəsində icra olunub.
Onların hər biri “ictimai əxlaqı təhqir etmək” ittihamı ilə 74 şallaq zərbəsi alıb. Məhkəmə həmçinin onlara iki il müddətinə bədii fəaliyyətlə məşğul olmağı və ölkəni tərk etməyi qadağan edib.
Cinayət işinə Əhmədinin 2024-cü ilin dekabrında Qum yaxınlığındakı Deyr-Qaçin karvansarasında keçirdiyi konsert səbəb olub. İnternetdə yayımlanan konsertdə müğənni hicabsız və qolsuz geyimdə çıxış edib.
2026-cı ilin iyununda məhkəmə Əhmədini və daha səkkiz nəfəri “ədəbsiz materiallar yaymaqla ictimai əxlaqı təhqir etməkdə” təqsirli bilib. Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər.
Sentyabrın sonunda apellyasiya məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyərək hökmü qüvvədə saxlayıb.
İranda 1979-cu il İslam inqilabından sonra qadınların ictimai yerlərdə hicab taxması məcburidir. 2022-ci ilin sentyabrında hicabı düzgün taxmadığı iddiası ilə saxlanıldıqdan sonra ölən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəboyu “Qadın, həyat, azadlıq” şüarı ilə etirazlar başlayıb.
Etirazlar təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə yatırılıb. Buna baxmayaraq, İran hakimiyyəti məcburi hicaba qarşı çıxan qadınları izləmə, həbs və məhkəmə cəzaları yolu ilə təqib etməyə davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
BMT baş katibi dünya ölkələrini süni intellektə nəzarət üzrə çərçivə yaratmağa çağırıb
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub