Dünya

Mamdani: "Netanyahu müharibə canisidir, amma həbs etməyə səlahiyyətim yoxdur"

22 İyul, 2026
36

nyc.gov/mayors-office

Nyu-York meri Zöhran Mamdani İsrail baş naziri Benyamin Netanyahunu şəhərə gələcəyi təqdirdə həbs edəcəyi ilə bağlı müəmmaya aydınlıq gətirib. 

Mamdani ötən il mer seçkiləri kampaniyası zamanı Netanyahunu həbs edəcəyi vədini vermişdi. 

O, iyulun 21-də sosial media hesabında yayımladığı videomüraciətdə bir daha İsrail baş nazirini Qəzzada "fələstinlilərə qarşı soyqırımının memarı və müharibə canisi" adlandırıb. Buna baxmayaraq, o, Netanyahunu həbs etmək üçün hüquqi səlahiyyətinin olmadığını etiraf edib. 

"Administrasiyam qüvvədə olan qanunvericilik çərçivəsində Nyu-York şəhərinin Benyamin Netanyahu bura gəldiyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderini icra edib-edə bilməyəcəyini müəyyənləşdirmək üçün bütün mümkün hüquqi yolları nəzərdən keçirib. Aydın olub ki, bu orderi icra etmək üçün müstəqil hüquqi səlahiyyətimiz yoxdur", - o qeyd edib. 

Bununla belə, Mamdani federal hökumətin belə bir səlahiyyəti olduğunu bildirib və Netanyahunu həbs etməyə çağırıb. 

"Mən eyni zamanda aydın şəkildə bildirmək istəyirəm: nə Benyamin Netanyahu, nə də azadlıqda olan digər hərbi cinayətkarlara burada "xoş gəldin" deyiləcək", - o əlavə edib. 

Netanyahunun sentyabrda Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçiriləcək toplantısında iştirak edəcəyi gözlənilir.

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 2024-cü ildə Netanyahu və başqa israilli nazirlər barəsində həbs orderi verib. Lakin ABŞ BCM-yə üzv deyil və məhkəmənin qərarlarını tanımır. 

Mamdani iyulun 18-də yayımlanan müsahibədə demişdi ki, İsrail baş nazirini həbs etməsi imkanlarını araşdırır. 

ABŞ prezidenti Donald Tramp isə bundan sonra sosial media hesabında Netanyahuya dəstək məqsədli paylaşım etmiş, onun heç bir halda həbs olunmayacağını yazmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İrlandiya Ukraynanın hava hücumundan müdafiəsinə 25 milyon avro ayıracaq

23 İyul 2026

president.gov.ua

İrlandiya hökuməti Ukraynaya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün 25 milyon avro yardım ayıracaq. Bu barədə İrlandiyanın baş naziri Maykl Martin iyulun 23-də Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. “İrlandiya Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə dəstək verməyə davam edəcək. Bu, ölkənin Rusiyanın dron hücumlarından qorunmasına kömək edəcək”, - M.Martin deyib. İrlandiya baş naziri Kiyevə səfərinə iyulun 23-də başlayıb. O, səfər çərçivəsində ilk növbədə həlak olan ukraynalı hərbçilərin xatirəsini yad edib. M.Martin səfərdən əvvəl bildirib ki, Kiyevə səfəri İrlandiyanın Avropa İttifaqına sədrliyinin ilk günlərinə təsadüf edir. Onun sözlərinə görə, səfərin məqsədi Aİ və İrlandiyanın Ukrayna hökuməti...
Dünya

Əraqçı: "İsrailin görüşlərimiz haqda məlumatlı olması təhlükəsizlik boşluğuna işarədir"

23 İyul 2026

mfa.gov.ir

İranın xarici işlər naziri Seyid Abbas Əraqçı bu ilin əvvəlində keçmiş ali lider Seyid Əli Xameneinin ölümünə səbəb olan hücum zamanı özünün də həmin məkanda olduğunu deyib.  İranlı jurnalist Cavad Moquyiyə danışan nazirin sözlərinə görə, hücum zamanı özü də dağıntılar altında qalıb. O xatırlayıb ki, ali liderin aparat rəhbərinin müavini Əli Əsgar Hicaziyə məruzə etmək üçün həmin iqamətgahda olub.  "Partlayışdan sonra tavan, divarlar və hər şey üstümüzə çökdü. Mən cənab Hicazinin əlindən tutdum və kömək çağırışlarını eşidə-eşidə tirlər və taxta parçalarının arasından keçərək çıxmağa çalışdıq. Hər şey dağılmışdı. Nəhayət, bayıra çıxdıq və gördüm ki, kompleksin müxtəlif hissələri hədəfə alınıb", -...

Seçilmiş Videolar

Toplum TV loqo