Mamdani: "Netanyahu müharibə canisidir, amma həbs etməyə səlahiyyətim yoxdur"
nyc.gov/mayors-office
Nyu-York meri Zöhran Mamdani İsrail baş naziri Benyamin Netanyahunu şəhərə gələcəyi təqdirdə həbs edəcəyi ilə bağlı müəmmaya aydınlıq gətirib.
Mamdani ötən il mer seçkiləri kampaniyası zamanı Netanyahunu həbs edəcəyi vədini vermişdi.
O, iyulun 21-də sosial media hesabında yayımladığı videomüraciətdə bir daha İsrail baş nazirini Qəzzada "fələstinlilərə qarşı soyqırımının memarı və müharibə canisi" adlandırıb. Buna baxmayaraq, o, Netanyahunu həbs etmək üçün hüquqi səlahiyyətinin olmadığını etiraf edib.
"Administrasiyam qüvvədə olan qanunvericilik çərçivəsində Nyu-York şəhərinin Benyamin Netanyahu bura gəldiyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderini icra edib-edə bilməyəcəyini müəyyənləşdirmək üçün bütün mümkün hüquqi yolları nəzərdən keçirib. Aydın olub ki, bu orderi icra etmək üçün müstəqil hüquqi səlahiyyətimiz yoxdur", - o qeyd edib.
Bununla belə, Mamdani federal hökumətin belə bir səlahiyyəti olduğunu bildirib və Netanyahunu həbs etməyə çağırıb.
"Mən eyni zamanda aydın şəkildə bildirmək istəyirəm: nə Benyamin Netanyahu, nə də azadlıqda olan digər hərbi cinayətkarlara burada "xoş gəldin" deyiləcək", - o əlavə edib.
Netanyahunun sentyabrda Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçiriləcək toplantısında iştirak edəcəyi gözlənilir.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 2024-cü ildə Netanyahu və başqa israilli nazirlər barəsində həbs orderi verib. Lakin ABŞ BCM-yə üzv deyil və məhkəmənin qərarlarını tanımır.
Mamdani iyulun 18-də yayımlanan müsahibədə demişdi ki, İsrail baş nazirini həbs etməsi imkanlarını araşdırır.
ABŞ prezidenti Donald Tramp isə bundan sonra sosial media hesabında Netanyahuya dəstək məqsədli paylaşım etmiş, onun heç bir halda həbs olunmayacağını yazmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”