Dünya

Müharibə qurbanlarını yad edən ukraynalı idmançı olimpiadadan kənarlaşdırılıb

13 Fevral, 2026
203

Foto: AFP

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında Ukraynanı təmsil edən idmançı müharibə qurbanlarını yad edən dəbilqə taxdığına görə olimpiadadan kənarlaşdırılıb. 

Skeleton yarışçısı Vladislav Heraskeviçin yarışdan kənarlaşdırılması qərarı fevralın 12-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən verilib. 

BOK üzərində Rusiyanın işğalçı müharibəsi nəticəsində həyatını itirmiş ukraynalı idmançıların rəsmlərinin əks olunduğu dəbilqəni taxmağı daha öncə qadağan etsə də, Heraskeviç məşqlərə bu dəbilqə ilə çıxmağa davam edirdi. 

BOK prezidenti Kirsti Koventri fevralın 12-i səhər saatlarında ukraynalını fikrindən daşındırmaq üçün şəxsən yarışın keçirildiyi yerə gəlib. Lakin Heraskeviç güzəştə getməyib. 

İdmançı qərarın açıqlanmasından sonra sosial media hesabında bunu "şərəfli olmağın bədəli" adlandırıb. 

"Mən bu yarışda medalçılar arasında ola bilərdim, amma qəfil olaraq qaydaların razılaşmadığım bir şəkildə şərh olunması səbəbindən yarışa qatıla bilmirəm. Halbuki eyni vəziyyətdə olan digər idmançılar yarışa qatıla bildilər və onlara qarşı heç bir sanksiya tətbiq olunmadı", - o, daha sonra "BBC Sport"a deyib. 

Komitənin sözçüsü Mark Adams bildirib ki, əgər komitə idmançılara müharibədə həlak olanların xatirəsinə həsr olunmuş geyimlər geyinməyə icazə versə, bu, oyunlardan sui-istifadəyə gətirib-çıxara bilər.

"Qırmızı Xaçın hesablamasına görə, dünyada hazırda 130 münaqişə mövcuddur. Bunların hamısını yarışlara gətirib çıxara bilmərik. Oyun meydanı ifadə meydanına çevrilə, bu isə xaosa gətirib çıxara bilər", - o deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo