NYT: “ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır”
sosial media
ABŞ və İsrailin ABŞ Konqresinə 3 noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırdığı bildirilir.
“The New York Times” (NYT) mümkün hərbi əməliyyatlarla bağlı müzakirələrdən xəbərdar mənbələrə istinadən yazıb ki, plan İranın nüvə obyektləri, enerji infrastrukturu, raket və pilotsuz uçuş aparatı anbarlarına qarşı qısa, lakin intensiv əməliyyatı nəzərdə tutur.
Nəşr Kolanq-Qaz-La dağının altında yerləşən ehtimal edilən yeraltı nüvə obyektini də mümkün hədəflərdən biri kimi göstərib.
Bəzi ABŞ rəsmiləri qəzetə bildiriblər ki, Vaşinqton İranın neft emalı zavodlarına zərbə endirməkdən yayınmaq niyyətindədir. Bu, prezident Donald Trampın benzin qiymətlərinin daha da bahalaşacağı ilə bağlı narahatlığı ilə əlaqələndirilir.
NYT-nin yazdığına görə, Ağ Ev seçkilərdən sonra hərbi əməliyyatların bərpası barədə hələ yekun qərar verməyib. Bununla belə, qəzet Trampın oktyabrın sonunadək zərbə əmri verə biləcəyi ehtimalını da istisna etmir, baxmayaraq ki, bunun baş vermə ehtimalının aşağı olduğu bildirilir.
Qəzetin qiymətləndirməsinə görə, yeni hərbi əməliyyat ABŞ və İsrailə fevral-aprel aylarında həyata keçirilən zərbələrdən daha ciddi nəticə əldə etməyə imkan verməyə bilər.
NYT qeyd edib ki, əvvəlki əməliyyatlar qlobal enerji qiymətləri və inflyasiyanın artmasına, Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin pisləşməsinə, eləcə də ABŞ-nin raketdən müdafiə sistemləri üçün sursat ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Putin və Uitkoff görüşü: Moskva üçtərəfli danışıqlara razılaşıb, ABŞ dizel razılaşmasına görə təşəkkür edib
RIA Novosti
Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”
whitehouse
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”