Azərbaycanlı çobanın Ermənistan ərazisinə keçərək saxlanıldığı bildirilir
açıq mənbə
Azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə daxil olduğu və saxlanıldığı bildirilir.
“Sputnik Armenia” oktyabrın 21-də Berd şəhərindəki mənbələrinə istinadən yazıb ki, çoban Ermənistanın Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçib və hərbi polis tərəfindən saxlanılıb.
Nəşrin Azərbaycan mediasına istinadən yaydığı digər məlumata görə, həmin şəxs Tovuz rayonunun Çatax kənd sakini ola bilər. Bildirilir ki, o, mal-qara otararkən sərhədi keçib. Çobanın spirtli içki qəbul etdiyi barədə də iddialar var. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti yerli medianın sorğusuna cavabında məlumatı nə təsdiq, nə də təkzib edib.
Azərbaycanın aidiyyəti rəsmi qurumları hələlik məsələyə münasibət bildirməyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 21-də parlamentdə məsələyə münasibət bildirərək çobanın yolunu azmış ola biləcəyini deyib. O, belə halların hər iki tərəfdə baş verə biləcəyini və məsələyə konstruktiv yanaşmağın vacibliyini vurğulayıb.
Mirzoyanın sözlərinə görə, real həyatda bu cür hadisələrin qarşısını tamamilə almaq mümkün deyil. O, tərəflərin divarlar tikmək əvəzinə birgə həll yolları tapacağına ümid etdiyini bildirib.
Bundan əvvəl, oktyabrın 1-də Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılması barədə məlumat yayılmışdı.
Ermənistan hüquq-mühafizə orqanlarının məlumatına görə, Musayev kənd evlərindən birinə qanunsuz daxil olub və 39 yaşlı qadını odlu silahla yaralayıb. Azərbaycan Baş Prokurorluğu isə hərbçinin sentyabrın 26-da Laçın istiqamətində yerləşən hərbi hissədə xidmət yerini özbaşına tərk etdiyini açıqlayıb. Hadisə ilə bağlı Azərbaycanda da araşdırma başlanıb.
Oktyabrın 2-də Ermənistan məhkəməsi Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Nəsimi Musayev istintaqa verdiyi ifadədə heç kimə zərər vermək niyyətində olmadığını deyib. Musayev ev sahibəsindən onu buraxmasını istədiyini, qadının silahından yapışmasından sonra atəş açdığını deyib. O, həmçinin hadisədən sonra qadın və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını və döydüyünü iddia edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
RSF: “Aynur Elgünəşin sağlamlığında yaranacaq fəsadlara görə hakimiyyət məsuliyyət daşıyır”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”