sosial media
Oktyabrın 22-də Ali Məhkəmədə “QHT işi” üzrə həbsdə olan sosial işçi Zamin Zəkinin kassasiya şikayətinə baxılıb.
Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə bildirdiyinə görə, Zamin Zəki prosesdə iştirak etməyib.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda vəkil Günay İsmayılova müdafiə çıxışı edib. Vəkil xatırladıb ki, Zamin Zəki ilə bağlı indiyədək nə Bakı Ağır Cinayətlər Məhkəməsində, nə də Bakı Apellyasiya Məhkəməsində verilən vəsatətlər təmin olunub. O, məhkəmədən işə diqqətlə baxmağı istəyib.
Vəkil çıxış edərkən hakim onun sözünü kəsib və “bu cür işlərə adətən iki dəqiqə vaxt ayırdığını” bildirib.
“Siz isə artıq 10 dəqiqədir danışırsınız. Bu iş problemli olduğu üçün mən sizin sözünüzü kəsmirəm. Amma bu qədər də danışmaq olmaz”, - hakim deyib.
Hakim “problemli iş” ifadəsi ilə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.
Vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə isə kassasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Prosesdə bildirilib ki, Zamin Zəkinin adı heç bir maliyyə sənədində qeyd olunmayıb. Maliyyə, təlim və ödənişlərlə bağlı sənədlər başqa şəxsin adına rəsmiləşdirilib.
Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
O, özünü təqsirli bilmir, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Zəki 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan cəzası 3 ay azaldılıb.
“QHT işi” çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
RSF: “Aynur Elgünəşin sağlamlığında yaranacaq fəsadlara görə hakimiyyət məsuliyyət daşıyır”
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”