Dünya

NYT: "İsrail Əhmədinecatı İranda hakimiyyətə gətirmək istəyib"

20 May, 2026
122

Associated Press

ABŞ-nin "The New York Times" qəzeti İsrailin İranda keçmiş prezident Mahmud Əhmədinecatı hakimiyyətə gətirməyə çalışdığını iddia edən yazı dərc edib. 

Yazıda adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən bildirilir ki, fevralın 28-də İranda ali lider Seyid Əli Xameneinin və başqa yüksək vəzifəlilərin hava zərbələri ilə öldürülməsindən sonra İsrail Əhmədinecatı hakimiyyətə gətirmək üçün plan həyata keçirib. 

İddiaya görə, bu məqsədlə ev dustaqlığında olan keçmiş prezidentin yaşadığı evi mühafizə edən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əsgərləri hava zərbəsi ilə öldürülüb. 

Lakin hücum nəticəsində Əhmədinecatın da yaralandığı, o vaxtdan bəri isə ictimaiyyət içində görünmədiyi bildirilir. 

2005-2013-cü illərdə İran prezidenti olmuş Əhmədinecat hakimiyyəti dövründə İsraili məhv etməklə hədələməsi ilə tanınır. 

Əhmədinecat vəzifədən getdikdən sonra hakimiyyət orqanları onu sonrakı seçkilərdə namizəd kimi iştirak etməkdən kənarlaşdırıb. 

Son illərdə isə o, ali lider Əli Xamenei tərəfindən idarə olunan rejimin tənqidçisinə çevrilib, yüksək vəzifəli rəsmiləri korrupsiya və zəif idarəçilikdə ittiham edirdi.

Əvvəllər də həbs olunan Əhmədinecatın bu ilin əvvəlində İranda baş qaldıran etirazlardan sonra ev dustaqlığına məhkum edildiyi bildirilir. 

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. 

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, münaqişə başa çatmış hesab olunmur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Türkiyədə məktəb qarşısında silahlı hücum olub, azı 11 şagird yaralanıb

22 Sentyabr 2026

sosial media

Sentyabrıən 22-də Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb qarşısında silahlı hücum nəticəsində ikisi ağır olmaqla azı 11 şagird yaralanıb. Bunu Türkiyənin ədliyyə naziri Akın Gürlək açıqlayıb. Hadisə səhər saat 08:00 radələrində İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. DHA xəbər agentliyinin məlumatına görə, hücum edən şəxs ov tüfəngi ilə ətrafa atəş açdıqdan sonra hadisə yerindən piyada qaçıb. Manisa Valiliyi 15 yaşlı şübhəlinin tutularaq saxlanıldığını bildirib. Ədliyyə naziri yeniyetmənin valideynlərinin və silahın sahibi olduğu müəyyənləşdirilən babasının da saxlanıldığını bildirib. Nazirin sözlərinə görə, silahın yeniyetmənin əlinə necə keçməsi, saxlanma şəraiti və valideynlərin uşağa nəzarət öhdəliklərini yerinə yetirib-yetirməməsi araşdırılır. Hadisədən...
Dünya

Latviya Usmanov və Fridmana qarşı sanksiyaların ləğvinə etiraz edib

22 Sentyabr 2026

president.az

Latviyanın etirazı səbəbindən rusiyalı iş adamları Alişir Usmanov və Mixail Fridmana qarşı sanksiyaların ləğvi məsələsi təxirə düşüb. LETA agentliyi bu barədə Latviyanın baş nazirinin ofisinə istinadən məlumat yayıb. Latviya Xarici İşlər Nazirliyinin sözçüsü Liqa Yermakane nəşrə bildirib ki, Avropa İttifaqı (Aİ) səviyyəsində qərarın qəbulu prosesi davam edir və vəziyyət dəyişə bilər. O, nazirliyin yekun qəraradək ölkənin mövqeyini şərh eAvropa tməyəcəyini deyib. Bir gün əvvəl “Reuters” avropalı diplomatlara istinadən Aİ ölkələrinin Usmanov və Fridmana qarşı sanksiyaların ləğvi barədə ilkin razılığa gəldiyini yazmışdı. Razılaşma Rusiyanın təxminən 2700 fiziki və hüquqi şəxsinə qarşı sanksiyaların müddətinin uzadılmasını da nəzərdə tuturdu. Agentliyin məlumatına görə, Aİ...

Seçilmiş Videolar

Toplum TV loqo