Foto: AP
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşmək niyyətindədir. Bu barədə “The New York Times” (NYT) Trampın planları ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
NYT-nin məlumatına görə, Tramp Putinlə təkbətək görüşdən sonra Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli danışıqlar keçirməyi planlaşdırır.
Mənbələr qeyd edir ki, bu görüşlərdə yalnız üç lider iştirak edəcək – Tramp, Putin və Zelenski. Avropa liderləri danışıqlara cəlb olunmayacaq.
Tramp bu planları 6 avqust tarixində Avropa liderləri ilə keçirilən telefon danışığı zamanı açıqlayıb. Danışıqda Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, ABŞ vitse-prezidenti Cey Di Vans, dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ukrayna prezidenti Volodimir Zelenski iştirak ediblər.
Hazırda nə Kreml, nə də Ukrayna prezidentinin ofisi bu görüş planlarına münasibət bildirib.
Digər tərəfdən, “CNN” Ağ Evdəki mənbəyə istinadla xəbər verir ki, Trampın bəyanatına baxmayaraq, belə bir görüşün bu qədər qısa müddətdə təşkil olunması bir sıra logistik və məzmun baxımından çətinliklər yarada bilər.
Məlumatda qeyd olunur ki, tərəflər arasında ziddiyyətli mövqelər və görüşün detalları ilə bağlı texniki məsələlər bu təşəbbüsün reallaşmasını ləngidə bilər.
Trampın bu təşəbbüsü ABŞ-nin və Qərbin Rusiya-Ukrayna müharibəsinə yanaşmasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bununla belə, planlaşdırılan üçtərəfli görüşün baş tutub-tutmayacağı və real nəticələr verib-verməyəcəyi hələlik sual altındadır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Azernews
Foto: Reuters
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?