Məhkəmə

Məhkəmə Fazil Qasımovun dövlət hesabına vəkil tələbini rədd edib

6 Avqust, 2025
88

Foto/kollaj: Toplum TV

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib. 

Bu barədə onun ailə üzvləri Toplum TV-yə məlumat veriblər.

Ailəsi bildirir ki, məhkəmə iclası zamanı Fazil Qasımov vəkili Nemət Kərimliyə bəzi sənədləri təqdim etmək istəsə də, konvoy əməkdaşları sənədləri ondan alıblar. 

“Hakim də sənədlərin vəkilə verilməsinə icazə verməyib. Qasımov buna etiraz edərək, hakimin bu cür müdaxiləsinin hüquqi əsasının olmadığını bildirib”, - deyə yaxınları bildirib.

Daha sonra o, vəkilindən imtina etmək barədə vəsatət verib. Qasımov bildirib ki, artıq 90 gündür vəkili ilə əlaqə qura bilmir. Onun sözlərinə görə, nə vəkili görüşə gəlib, nə də Penitensiar Xidmət onun vəkillə əlaqə yaratmasına imkan verib. F.Qasımov vəkilin onun hüquqi müdafiəsi ilə maraqlanmadığını deyib.

İqtisadçı həmçinin müdafiə hüququ pozulduğu üçün aclıq aksiyasına başladığını elan edib. Onun sözlərinə görə, artıq üç gündür qida qəbul etmir və bu gündən etibarən su da içməyəcək. O, ailəsinin yeni vəkil tutmağa maddi imkanı olmadığını qeyd edərək, dövlət hesabına vəkillə təmin olunmasını xahiş edib.

Vəkil Nemət Kərimli bu istəyə etiraz etməyib və bildirib ki, təqsirləndirilən şəxsin vəkildən imtina etmək hüququ var. O, həmçinin vəsatətin təmin edilməməsini qanun pozuntusu adlandıraraq, məhkəmə tərkibinə etiraz edib.

Hakim isə vəsatəti təmin etməyib. O, bildirib ki, vəkilin təqsirləndirilən şəxslə görüşməməsi vəkilin dəyişdirilməsi üçün qanuni əsas sayılmır. 

Hakimin sözlərinə görə, vəkil ilə təqsirləndirilən şəxsin məhkəmə zalında konfidensial görüşməsi üçün ayrıca vaxt ayrılacaq.

Növbəti məhkəmə prosesi avqustun 19-u saat 16:00-a qədər təyin edilib.

Qasımov mayın 21-dən başlamaqla azadlığa buraxılması üçün 2 aya yaxın aclıq edib. O, iyunun 17-də aclığı dayandırıb.

Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir. 

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Bəhruz Səmədov: “Ermənistan bəyan etsin ki, onlarla heç bir əlaqəm yoxdur”

7 Avqust 2025

Foto: sosial media

Hazırda həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov, ABŞ-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə dair aparılan müzakirələri yüksək qiymətləndirdiyini bildirib. Bu barədə o, nənəsi Zibeydə Osmanova vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb. Səmədov açıqlamasında, həmçinin Ermənistanla heç bir əlaqəsinin olmadığını bir daha vurğulayıb: “Bu barədə Ermənistan hökumətinin bəyanat verməsini xahiş edirəm.” Məhkəmə prosesinin qapalı keçirilməsinə də münasibət bildirən Səmədov qeyd edib: “Qapalı məhkəmələr açıq məhkəmələrin keçirilməsinə qadağa qoyur. Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Bəhruz Səmədovun işi üzrə ilkin baxış iclası keçirilib. Prosesin əvvəlcədən açıq olacağı bildirilmişdi. Lakin dövlət ittihamçısı iclasın qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb və hakim bu vəsatəti təmin...
Məhkəmə

Nənəsi Bəhruz Səmədovun məhkəməsinə buraxılmayıb

6 Avqust 2025

Foto: sosial media

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işi üzrə ilkin baxış iclası baş tutub. Prosesin öncədən açıq keçiriləcəyi bildirilsə də dövlət ittihamçısı iclasın qapalı keçirilməsi ilə bağlı vəsasət qaldırıb, hakim vəsatəti təmin edib. Bu barədə Toplum TV-yə ictimai fəal Əmrah Təhməzov məlumat verib. Onun sözlərinə görə, hakimin prosesin qapalı keçirilməsi ilə bağlı qərarından sonra Bəhruz Səmədovun nənəsi, tək yaxını Zibeydə Osmanova və dostları, ictimai fəallar məhkəmə zalına buraxılmayıb.  Daha sonra prokuror ittihamla tanış olmadığını əsas gətirib, buna görə də məhkəmə iclası təxirə salınıb. Prorkuror növbəti iclasın da qapalı keçirilməsi ilə bağlı vəsastət qaldırıb, hakim vəsatəti təmin...

Seçilmiş Videolar

Toplum TV loqo