Bəhruz Səmədov: “Ermənistan bəyan etsin ki, onlarla heç bir əlaqəm yoxdur”
Foto: sosial media
Hazırda həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov, ABŞ-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə dair aparılan müzakirələri yüksək qiymətləndirdiyini bildirib.
Bu barədə o, nənəsi Zibeydə Osmanova vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb.
Səmədov açıqlamasında, həmçinin Ermənistanla heç bir əlaqəsinin olmadığını bir daha vurğulayıb:
“Bu barədə Ermənistan hökumətinin bəyanat verməsini xahiş edirəm.”
Məhkəmə prosesinin qapalı keçirilməsinə də münasibət bildirən Səmədov qeyd edib:
“Qapalı məhkəmələr açıq məhkəmələrin keçirilməsinə qadağa qoyur.
Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Bəhruz Səmədovun işi üzrə ilkin baxış iclası keçirilib. Prosesin əvvəlcədən açıq olacağı bildirilmişdi. Lakin dövlət ittihamçısı iclasın qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb və hakim bu vəsatəti təmin edib.
Nəticədə, sülh fəalının nənəsi, dostları və ictimai fəallar məhkəmə zalına buraxılmayıblar.
Məhkəmə həmçinin qərar verib ki, növbəti məhkəmə iclası da qapalı rejimdə keçirilsin.
Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub.
O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto/kollaj: Toplum TV
Foto: sosial media
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?