Dünya

Rusiya Azərbaycan qazının Ukraynaya nəql edildiyi stansiyanı vurub

6 Avqust, 2025
58

Foto: Reuters

Avqustun 6-na keçən gecə Rusiya hərbçiləri Ukraynanın qaz nəqli sistemi operatorunun kompressor stansiyasına zərbələr endirib.

Məlumatı Ukraynanın Energetika Nazirliyi yayıb.

Nazirlik onu da bildirib ki, Azərbaycan qznının Ukraynaya sınaq tədarükü məhz bu stansiya vasitəsilə həyata keçirilir. 

Stansiya Odessa vilayətində, Ukrayna-Rumıniya sərhədinin yaxınlığında yerləşir. 

"Bu kompressor stansiyası Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsi kimi istifadə edilib.
Həmçinin, bu stansiya vasitəsilə artıq ABŞ-dən mayeləşdirilmiş təbii qaz və sınaq üçün Azərbaycan qazı tədarük edilib"
, - açıqlamada deyilir.

Nazirlik obyektin onlarla dron tərəfindən hücuma məruz qaldığını bildirib və bunu “energetikaya qarşı, eyni zamanda, Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə qarşı” “məqsədli” zərbə adlandırıb.

"Bu, 2027-ci ildə Rusiyanın təbii qazından tamamilə imtina etməyi planlaşdıran bütün Avropa üçün  siqnaldır. Rusiya bu hücumu göstərir ki, Moskva avropalıların enerji müstəqilliyini və alternativ qaz tədarükü marşrutlarını məhv etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək”, - energetika naziri Svetlana Qrinçuk bildirib. 

Azərbaycandan Ukraynaya Trans-Balkan boru kəməri ilə (Türkiyə, Bolqarıstan, Rumıniya və Odessa vilayətinin bir hissəsindən keçir) qaz nəqlinə iyulun sonunda başlayıb.

Ukraynanın “Naftogaz” şirkəti Azərbaycanın dövlət şirkəti SOCAR ilə müvafiq müqavilə bağlayıb. 

Qrinçuk onu da qeyd edib ki, tədarükün həcmi kiçik olsa da, “strateji əhəmiyyətə malikdir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Vaşinqton görüşündən gözləntilər: Memorandum, paraflama, yoxsa sülh müqaviləsi? 
 

7 Avqust 2025

Foto: Azernews

ABŞ prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Tramp əvvəlcə Əliyev və Paşinyanı ayrı-ayrı qəbul edəcək, sonra üçtərəfli görüş olacaq. Vaşinqton görüşlərinin mümkün nəticələri hər kəsi maraqlandıran əsas sualdır.    Əliyev və Paşinyan Azərbaycanla Ermənistan arasındakı uzunmüddətli münaqişəyə və düşmənçiliyə rəsmən son qoyacaq sülh müqaviləsini imzalayacaqmı? Bu sualın cavabı avqustun 8-də Bakı vaxtı ilə gecə saatlarında bəlli olacaq, çünki görüş ərəfəsində bununla bağlı dəqiq, birmənalı məlumata rast gəlinmir.  Məsələn, Ermənistan hökumətinin rəsmi açıqlamasında deyilir ki, baş nazir Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığını dərinləşdirmək üçün Donald Trampla ikitərəfli görüş,...
Dünya

NYT: Tramp Putin və Zelenski ilə üçtərəfli görüş planlayır

7 Avqust 2025

Foto: AP

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşmək niyyətindədir. Bu barədə “The New York Times” (NYT) Trampın planları ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. NYT-nin məlumatına görə, Tramp Putinlə təkbətək görüşdən sonra Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli danışıqlar keçirməyi planlaşdırır.  Mənbələr qeyd edir ki, bu görüşlərdə yalnız üç lider iştirak edəcək – Tramp, Putin və Zelenski. Avropa liderləri danışıqlara cəlb olunmayacaq. Tramp bu planları 6 avqust tarixində Avropa liderləri ilə keçirilən telefon danışığı zamanı açıqlayıb. Danışıqda Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, ABŞ vitse-prezidenti Cey Di Vans,...

Seçilmiş Videolar

Toplum TV loqo