Dünya

Nyu-Yorkda azərbaycanlı tələbə saxlanılıb, mer Trampla danışdıqdan sonra sərbəst buraxılıb

27 Fevral, 2026
180

Foto: sosial media

Nyu-Yorkda miqrasiya polisi tərəfindən saxlanılan azərbaycanlı tələbə şəhər meri və prezidentin müdaxiləsindən sonra sərbəst buraxılıb. 

Kolumbiya Universitetinin tələbəsi Elmina Ağayeva fevralın 26-ı səhər saatlarında İmmiqrasiya və Gömrük İcrası (ICE) işçiləri tərəfindən qaldığı yataqxana binasında saxlanılıb. 

Universitetin açıqlamasına görə, miqrasiya işçiləri binaya yalan təqdimat əsasında - özlərini itmiş uşağı axtaran polis işçiləri kimi təqdim edərək daxil olublar. 

"Onlar bu adla tələbənin qapısına qədər gediblər. Təhlükəsizlik kameralarımız dəhlizdə onların guya itkin düşmüş uşağın şəkillərini göstərdiklərini qeydə alıb. Binaya daxil olduqdan sonra isə onların özlərini yanlış təqdim etdikləri aydın olub. Daha sonra ictimai təhlükəsizlik üzrə əməkdaşımız gəlib, dəfələrlə onlardan məhkəmə orderi tələb edib, lakin order təqdim olunmayıb", - universitetin prezidenti səlahiyyətlərini icra edən Kleyr Şipman deyib. 

Həmin gün Ağ Evdə prezident Donald Trampla görüşən Nyu-York meri Zöhran Mamdani "X" səhifəsində görüşdə tələbənin məsələsini də qaldırdığını bildirib. Axşam saatlarında Ağayeva sərbəst buraxılıb və qaldığı yataqxanaya dönüb. 

ICE-in tabe olduğu Vətənin Təhlükəsizliyi Departamentindən ABC telekanalına deyilib ki, Azərbaycan vətəndaşı olan Ağayevanın tələbə vizası 2016-cı ildə dərsləri buraxdığına görə ləğv olunub. 

Tələbə sərbəst buraxılsa da, onun ölkədən deportasiyası üçün prosedurun davam edəcəyi və məhkəmə prosesinin gözlənildiyi bildirilib. 

Ağayeva "Instagram" səhifəsində “story” paylaşaraq göstərilən dəstəyə görə təşəkkür edib.

“Az əvvəl buraxıldım. Özümü təhlükəsiz və yaxşı hiss edirəm. Hazırda "Uber"-lə evə qayıdıram. Hələ də şok vəziyyətindəyəm", - o yazıb. 

Ağayeva əlavə açıqlama verəcəyini bildirib. O, hələ ki ABŞ-də vizasız yaşadığı iddiasına aydınlıq gətirməyib. 

Bu, Tramp administrasiyasının Kolumbiya Universiteti tələbələrini ölkədən deportasiya etməklə bağlı ilk cəhdi deyil. 

Ötən il fələstinli fəal və universiteti yenicə bitirmiş Mahmud Xəlil terror qruplaşması kimi tanınan HƏMAS-ı dəstəklədiyi ittihamı ilə saxlanılmış və vizası ləğv olunmuşdu. O, 3 aydan sonra sərbəst buraxılsa da, ICE hələ də onu deportasiya etmək üçün məhkəmələrə müraciət edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Aİ Ermənistandan idxal olunan məhsullara iki il rüsum tətbiq etməyəcək

25 Sentyabr 2026

sosial media

Avropa İttifaqı Şurası Ermənistandan idxal olunacaq məhsulların əksəriyyətini rüsumdan azad etmək barədə qərar qəbul edib.  Şura sentyabrın 24-də yayımladığı pres-relizdə bildirir ki, qərar iki il qüvvədə olacaq və Ermənistandan idxal olunan məhsulların 80 faizinə şamil olunacaq.  "Qərar Ermənistanla Aİ arasında ticarət axınlarını dəstəkləmək və Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində ikitərəfli iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır", - deyə əlavə olunub.  Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos qərarın Rusiyanın bu yaxınlarda Ermənistandan məhsulların idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı olduğunu bildirib.  “Bu, Ermənistanın Avropaya yaxınlaşmaq istiqamətində demokratik seçiminin ardınca Rusiyanın Ermənistan istehsalçıları və fermerləri üçün öz bazarını bağlamasına verdiyimiz cavabdır",...
Dünya

Lukaşenko siyasi məhbus kimi tanınan daha 15 nəfəri əfv edib 

25 Sentyabr 2026

sosial media

Belarus prezidenti Aleksandr Lukaşenko siyasi məhbus kimi tanınan daha 15 nəfərin azadlığa buraxılmasına qərar verib.  O, bu barədə əfv sərəncamını sentyabrın 24-də imzalayıb. Qərar Lukaşenko ilə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Con Koul arasında ötən həftə baş tutan danışıqlardan sonraya təsadüf edib.  Lukaşenkonun mətbuat xidmətinin məlumatına görə, 15 nəfərdən 10-u qadındır və onlardan 13-ü "ekstremist xarakterli cinayətlərə görə" məhkum olunublar. Məlumatda o da deyilir ki, məhkumlar prezidentə əfv ərizəsi yazdıqdan sonra azad olunublar.  Belarus və ABŞ arasında bir ildən çoxdur danışıqlar prosesi gedir. Bu proses çərçivəsində Belarusda yüzlərlə siyasi məhbus kimi tanınan şəxs azadlığa buraxılıb. Qarşılığında isə ABŞ Belarusa...

Seçilmiş Videolar

Toplum TV loqo