Dünya

Orban: "Ukrayna tərəfindən mümkün hücumların qarşısını almaq üçün əsgərləri səfərbər edəcəyik"

26 Fevral, 2026
109

Foto: Reuters

Macarıstan baş naziri Viktor Orban ölkəsinin əsas enerji infrastrukturu obyektlərində əlavə təhlükəsizlik tədbirləri görülməsi barədə göstəriş verib.

O, fevralın 25-də sosial media hesabında paylaşdığı videomüraciətdə Ukraynanı Macarıstanın enerji infrastrukturunu iflic etmək cəhdlərində ittiham edib. 

Digər Avropa ölkələri liderlərindən fərqli olaraq, Ukraynaya qarşı müharibə aparan Rusiya ilə yaxın münasibətlər saxlayan Orban iddia edib ki, Ukrayna hökuməti Macarıstana təzyiq göstərmək üçün “neft blokadası”ndan istifadə edir. 

O, ölkəsinin kəşfiyyat xidmətlərinə istinadən əlavə edib ki, Kiyev Macarıstanın enerji sisteminin fəaliyyətini pozmaq üçün “əlavə tədbirlər hazırlayır”, lakin iddiaları üçün detal və sübutlar təqdim etməyib.

“Buna görə də, əsas enerji obyektləri yaxınlığında hücumların qarşısını almaq üçün əsgərləri və zəruri avadanlığı səfərbər edəcəyik. Polis müəyyən olunmuş elektrik stansiyaları, paylayıcı məntəqələr və idarəetmə mərkəzləri ətrafında artırılmış qüvvələrlə patrul xidmətləri həyata keçirəcək", - Orban bildirib. 

Budapeşt son vaxtlar Kiyevi Rusiyanın neft tədarüklərini Ukrayna ərazisindən keçən Drujba boru kəməri vasitəsilə qəsdən saxlatdırmaqda ittiham edir. Ukrayna rəsmiləri iddiaları təkzib edərək bildiriblər ki, sözügedən boru kəməri məhz Rusiya tərəfindən dron hücumuna məruz qalıb.

2022-ci ilin fevralında Rusiyanın Ukraynada işğalçı müharibəyə başlamasından bəri əksər Avropa ölkələri Rusiyadan enerji idxalını ciddi şəkildə azaldıb və ya tamamilə dayandırıb. Lakin Macarıstan və Slovakiya Rusiya nefti və qazının idxalını nəinki saxlayıb, hətta artırıb. 

Fevralın 22-də Macarıstan Avropa İttifaqı (Aİ) tərəfindən Kiyevə ayrılmış 90 milyard avroluq krediti bloklamaqla hədələyib və bir gün sonra Rusiyaya qarşı yeni Aİ sanksiyalarını veto edib. Orban ölkəsinə neft tədarükləri bərpa olunana qədər Ukrayna üçün yardım məqsədilə ediləcək digər Aİ tədbirlərini bloklamağa söz verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”

21 Oktyabr 2026

whitehouse

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ilin yanvarında prezidentliyə qayıtmasından bəri 300 mindən çox vizanın ləğv edildiyini açıqlayıb. Departamentin məlumatına görə, vizaların ləğvi son həftələrdə sürətlənib. Dövlət Departamenti avqustun 10-da yayımladığı əvvəlki məlumatda həmin göstəricinin 175 mindən çox olduğunu bildirmişdi. Tramp 2025-ci ildə imzaladığı sərəncamda bildirirdi ki, “ABŞ-nin siyasəti ölkə vətəndaşlarını terror aktı törətmək niyyətində olan, milli və ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşlardan qorumağa” yönəlib. Departamentin sözçüsü Tommi Piqott administrasiyanın əvvəlki hökumətlərlə müqayisədə daha çox vizanı və daha sürətli ləğv etdiyini deyib. “Viza ilə ABŞ-də olan, qanunları pozan, dələduzluq edən və ya milli təhlükəsizliyimizə təhdid yaradan xarici vətəndaşlara qarşı...
Dünya

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu deyib

20 Oktyabr 2026

sosial media

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib. Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb. “Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, - vitse-prezident deyib. O, Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Vensin sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür. Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib. “Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, - Vens bildirib. O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyini,...

Seçilmiş Videolar

Toplum TV loqo