Tramp TRIPP layihəsinin başlanması münasibətilə Əliyev və Paşinyana təşəkkür edib
whitehouse.gov
ABŞ prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında rol oynadığını bildirib. O, TRIPP layihəsinin rəsmi başlanması münasibətilə Ermənistanı təbrik edib və baş nazir Nikol Paşinyanı gələn il Ağ Evə dəvət edib.
Tramp bu barədə layihənin praktiki icra mərhələsinin başlanmasına həsr olunmuş videomüraciətində danışıb.
“Ermənistandakı hər kəsi bu sevindirici hadisə - ‘Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu’ layihəsinin rəsmi başlanması münasibətilə təbrik edirəm. Bununla çox fəxr edirəm.
Dostum, baş nazir Paşinyanı cəsarətli liderliyinə görə təbrik etmək istəyirəm. O, sülh yolunu seçdi və Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişəyə son qoymaq üçün bizimlə çalışdı. Bu münaqişə 35 ildən artıqdır saysız-hesabsız əzablara səbəb olub. Bir çoxları həll yolu tapmağa çalışıb, lakin buna nail ola bilməyib. Biz isə bunu bacardıq və ötən il Ağ Evdə tarixi sülh sazişi imzaladıq”, - Tramp bildirib.
ABŞ prezidenti deyib ki, TRIPP layihəsi və yeni inkişaf şirkətinin fəaliyyətə başlaması regionda malların və enerji resurslarının daşınması, eləcə də insanların hərəkəti üçün yeni marşrutlar yaradacaq.
Tramp layihənin həyata keçirilməsinə töhfə verdiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Nikol Paşinyana təşəkkür edib. O, hər iki liderin onu Nobel Sülh Mükafatına namizəd göstərməsinə görə də minnətdarlığını bildirib.
TRIPP “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın iştirakı ilə imzalanan üçtərəfli bəyannamə çərçivəsində gündəmə gəlib. Sənəddə Ermənistan ərazisində TRIPP layihəsinin həyata keçirilməsi üçün çərçivənin hazırlanması nəzərdə tutulur.
Ermənistan və ABŞ 2026-cı il yanvarın 14-də layihənin icra çərçivəsini açıqlayıb. Mayın 26-da iki ölkə arasında TRIPP üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb. Ermənistan parlamenti sazişi oktyabrın 28-də ratifikasiya edib.
Noyabrın 6-da Azərbaycan, Ermənistan və ABŞ layihənin irəlilədilməsi üçün üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını açıqlayıb. İlk qrupların nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələləri üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur. Ermənistan prezidenti Vaaqn Xaçaturyan isə ratifikasiya qanununu noyabrın 12-də imzalayıb.
Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistanın Sünik vilayəti vasitəsilə nəqliyyat əlaqəsinin yaradılmasını, eləcə də regionda daha geniş kommunikasiya imkanlarının inkişafını nəzərdə tutur. Ermənistan tərəfi layihənin ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçiriləcəyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Ermənistanın konstitusiya layihəsi dərc olunub: "Müstəqillik bəyannaməsi"nə istinad çıxarılıb
sosial media
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Ailəsi hicab qadağasına görə aclıq edən məhbusdan xəbər ala bilmir