Foto: açıq mənbə
Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, ABŞ ilə razılaşdırılan, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsini vaxtilə Rusiyaya da təklif edib.
O, bunu fevralın 10-da Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
Paşinyanın sözlərinə görə, Rusiya tərəfi avqustun 8-də Vaşinqtonda TRIPP layihəsinin razılaşdırılmasından sonra xüsusilə narahat olub.
“Mən rus tərəfdaşlarımızın diqqətini bir fakta yönəltdim: biz son 5 il ərzində Rusiya Federasiyasına təklif etdiyimiz məzmunda razılaşma imzalamışıq. Biz beş söz istəyirdik: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq, sərhədlərin toxunulmazlığı. Dedik ki, bu beş sözü kağız üzərinə yazın və mən o sənədi istənilən vaxt imzalamağa hazıram", - Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, Ermənistan xarici siyasətində Rusiyanın əleyhinə siyasət yürütməyəcək.
“Biz bütün tərəfdaşlarımızla belə bir mövqeyi bölüşürük ki, Rusiyaya və Rusiyanın maraqlarına zərər vurmaq nə bizim gündəmimizdə olub, nə də indi var ya nə vaxtsa olacaq. Bu, ümumiyyətlə, müzakirə mövzusu deyil. Heç kim, cəhd etsə belə, bizi buna təhrik edə bilməyəcək... İndiyə qədər belə cəhdlər də olmayıb. Heç kim bizi Rusiyaya qarşı hərəkət etmək məntiqinə sürükləyə bilməyəcək", - o deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”
whitehouse
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”