Məhkəmə

Həyat yoldaşı: “Polad Aslanovun sağlamlığı ilə oynayırlar”

22 Avqust, 2025
38

Foto: sosial media

“Xəbərman” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova jurnalistin müayinə cavablarının qəsdən gecikdirildiyini bildirir. 

Avqustun 21-də “Facebook” səhifəsində xəbər verən Aslanova deyir ki, həyat yoldaşı iyulun 18-də saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində ultrasəs müayinəsindən keçsə də, cavablarını hələ də ailəyə vermirlər. 

“Cəzaçəkmə müəssisəsində onu müayinə edən Müalicə Müəssisəsinin həkim əməkdaşı şifahi şəkildə Polad Aslanova qaraciyərində problemin olduğunu söyləyib.

Polad Aslanov dəfələrlə 15saylı Cəzaçəkmə Müəssisəsinin həkimindən  müayinə cavablarını tələb etsə də vermirlər”, - o qeyd edib. 

Həyat yoldaşı jurnalistin müayinə nəticələrinin verilməməsinin qəsdən edildiyini düşünür. 

“Məqsədli şəkildə Polad Aslanovun müayinə cavabını gecikdirməklə qaraciyərində bizə məlum olmayan problemin daha da dərinləşməsini gözləyirlər.

Vicdansızlar, insafsızlar, Polad Aslanovun sağlamlığı ilə oynayırlar”, - o əlavə edib. 

Aslanova, həmçinin, jurnalistin tibbi yardımdan narazı olması ilə bağlı Ombudsmana etdiyi şikayətin iyunun 30-da Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə göndərildiyini açıqlayıb. 

İyulun 31-də Ombudsman Aparatından Aslanova göndərilən məktubda görünür ki, Tibb Baş İdarəsi jurnalistin 2020-ci ildə Bakı İstintaq Təcridxanasına qəbul olunarkən müayinələrdən keçirildiyini və "praktiki sağlam" kimi qeydiyyata götürüldüyünü bildirib. 

Aslanova Tibb Baş İdarəsinin rəisi Cəmil Kamilliyə müraciət edərək həmin tarixdən 5 il keçdiyini xatırladıb, lakin hazırki tələblərinin yalnız ultrasəs müayinəsi cavabları olduğunu deyib. 

Polad Aslanov 12 iyun 2019-cu ildə casusluq ittihamı ilə 16 il azadlıqdan məhrum edillib, daha sonra Ali Məhkəmənin qərarı ilə cəzası 13 ilə qədər azaldılıb.

Aslanov ittihamları rədd edir, hökumətdə korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. 

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsinin qanunsuz olduğunu təsdiq edib və təzminat təyin edib. Azərbaycan hökuməti də təzminatı ödəyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Afiəddin Məmmədov saxlanma şəraitindən narazıdır

21 Avqust 2025

Foto: Meydan TV

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində ümumi vəziyyətin çox pis və dözülməz olduğunu bildirir.  Yaxınlarının məlumatına görə, ictimai fəalın səhhəti və  psixoloji vəziyyəti ağırdır. “Dedi ki, orada vəziyyət pisdir. Daha detallı danışmaq istəyəndə zəngi söndürdülər. Sonra yenidən bir neçə dəfə zəng elədik, söndürürdülər. Daha sonra icazə verdilər, amma o barədə yenə danışanda, yenə söndürdülər”, - yaxınları bildirir. Yaxınlar deyir ki, vədlər verilsə də, Məmmədovun saxlanılma şəraitində heç bir yaxşılaşma yoxdur və bu, Məmmədovun psixoloji durumunu daha da pisləşdirib: “Mətbəxdə, ərzaq saxlanılan yerdə siçanlar olur, ərzaqı yeyirlər. Antisanitar vəziyyətdir. Yatan yerdə də böyük siçovullar olur. Adam...
Məhkəmə

Prokurorluq işgəncə gördüyünü deyən fəalın şikayətini araşdırmır 

21 Avqust 2025

Foto: Fərqanə Novruzova

Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə həbsdə olan işçi hüquqları fəalı Elvin Mustafayevin işi üzrə məhkəmə prosesi keçirilib.  Çıxış edən fəal daha əvvəl saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində amansız işgəncəyə məruz qaldığını, nəticədə günlərlə qulağından qan və irin gəldiyini deyib. O, hələ də eşitmə qabiliyyətində problem olduğunu bildirib.  Fəalın vəkili Zibeydə Sadıqova məhkəmədə işgəncənin araşdırılması üçün prokurorluğa şikayət etsələr də, hələ də cavab almadıqlarını bildirib.  Buna görə də, o, məhkəmənin prokurorluğa sorğu göndərməsi üçün vəsatət verib.  Lakin hakimlər kollegiyası prokurorluğa sorğu göndərməyə razı olmayıb.  E.Mustafayevin 6 saylı Cəzaçəkmə Müəssisəsindən qapalı rejimli Qobustan həbsxanasına köçürülməsiylə bağlı qərardan...

Seçilmiş Videolar

Toplum TV loqo