Siyasət

Kim Çen İn Ukraynaya qarşı döyüşmüş əsgərlərə mükafat verib 

22 Avqust, 2025
15

Foto: açıq mənbə

Şimali Koreya lideri Kim Çen İn Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsində iştirak etmiş koreyalı əsgərləri mükafatlandırıb. 

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər yayıb. 

Agentliyin məlumatında qeyd olunub ki, Şimali Koreya hərbçiləri “bütün dünyaya Koreya Xalq Ordusunun sarsılmaz və misilsiz ideoloji və mənəvi üstünlüyünü, döyüş ustalığını, koreyalıların sərt, ölümcül, qanlı döyüşlərdə əyilməz ruhunu nümayiş etdiriblər və bu, dünyada heç bir ordu ilə müqayisə edilə bilməz.”

Həlak olmuş Şimali Koreya əsgərlərinin ailə üzvlərinin də mərasimdə iştirak etdiyi bildirilir. 

Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirak etmək üçün öz hərbçilərini göndərməsi 2024-cü ilin oktyabrından bilinsə də, Rusiya bunu yalnız bu ilin aprelində təsdiqləyib. Qoşunları  Şimali Koreya ordusunun Baş Qərargah rəisinin müavini, kəşfiyyat rəhbəri və Baş Əməliyyat İdarəsinin rəhbəri kimi hərbi rəhbərlər də müşayiət edib.

“The Wall Street Journal”-ın məlumatına görə, Şimali Koreya komandirləri yenidən Rusiyaya göndərilə bilərlər. 

Apreldə Cənubi Koreya deputatları kəşfiyyat məlumatlarına istinad edərək bildiriblər ki, Şimali Koreya Ukraynaya qarşı müharibəyə təxminən 15,000 əsgər göndərib. Ordunun ümumi itkiləri 600 ölü və 4,000-dən çox yaralı təşkil edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Rusiya azərbaycanlını Ukraynaya işləmək adı ilə həbs edib

22 Avqust 2025

Foto: açıq mənbə

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) azərbaycanlı sürücünü Ukraynaya məxfi məlumat ötürmək ittihamı ilə saxlayıb.  Yadulla Rufullayev adlı 36 yaşlı şəxsin Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Rusiyaya gizli hərbi sənədləri qaçaqmalçılıq yolu ilə aparmaq üçün cəlb edildiyi iddia olunur.  FSB bildirib ki, həmin şəxs Dağıstanda Azərbaycanla sərhədə yaxın ərazidə saxlanılıb. FSB-nin məlumatında Rufullayevin yalnız “xarici vətəndaş” olduğu qeyd olunur.  O, Rusiyada “gizli hərbi məlumatın daşıyıcısına hücum nəticəsində oğurlanmış xidmət materiallarını” Ukraynaya ötürmək niyyəti ilə daşımaqda ittiham edilir.  Rusiya mətbuatının yaydığı videoda Rufullayevin sözügedən əməli Ukraynada yaşayan və “SBU agenti” kimi təsvir edilən qardaşı Səbuhi Rufullayevin göstərişi ilə etdiyini etiraf etdiyi müşahidə...
Siyasət

Türkiyəli nazir: “Zəngəzur dəhlizi” 5 ilə tam hazır olacaq

22 Avqust 2025

Foto: Açıq mənbə

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib ki, “Zəngəzur dəhlizi” ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq. Nazir bunu "CNN Türk"ün efirində bildirib. O, qeyd edib ki, xarici kredit sənədləri imzalandığı üçün heç bir maliyyə problemi yoxdur: “Şirkət maliyyələşdirməni gözləmə nöqtəsində deyil, 2,4 milyard dollarlıq layihədir. O, Türkiyədə iki güclü şirkətin konsorsiumu tərəfindən tikiləcək”.  Türkiyəli nazir onu da əlavə edib ki, bu, 43 kilometrlik xəttdir və dörd, ən geci beş il sonra dəhlizi tam şəkildə işə salınacaq. “İddiaları ortaya qoyub həyata keçiririk. Sərhədlərimizin içərisində 224 kilometrlik xətt keçir. Naxçıvan sərhədində 170 kilometrlik xətt var; 150 kilometr hazırdır və...

Seçilmiş Videolar

Toplum TV loqo