Dünya

"Reuters": 'ABŞ ordusu İranda həftələrlə davam edəcək əməliyyata hazırlaşır' 

16 Fevral, 2026
184

Foto: AFP

ABŞ ordusunun İrana qarşı həftələrlə davam edə biləcək uzunmüddətli əməliyyatlara hazırlaşdığı bildirilir. 

Bu barədə "Reuters" agentliyi adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər verib. 

ABŞ prezidenti Donald Tramp İran körfəzində hərbi qüvvələri cəmləşdirib və bu, yeni hərbi əməliyyat ehtimalı ilə bağlı narahatlıqları artırıb.

ABŞ rəsmiləri fevralın 13-də bildiriblər ki, ölkənin Müdafiə Nazirliyi bölgəyə əlavə bir aviadaşıyıcı gəmi, minlərlə hərbçi, qırıcı təyyarələr, idarə olunan raketlərlə təchiz olunmuş qurğular yerləşdirir. 

Eyni zamanda, Trampın xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşnerin fevralın 17-də Cenevrədə İranla bu ölkənin nüvə proqramı üzrə danışıqlar aparacağı gözlənilir. Görüşdə Oman nümayəndələri vasitəçi qismində çıxış edəcəklər.

ABŞ-nin dövlət katibi Marko Rubio fevralın 14-də xəbərdarlıq edib ki, Tramp Tehranla razılıq əldə etməyə üstünlük versə də, “bu, çətin məsələdir".

Tramp özü fevralın 13-də jurnalistlərlə söhbətində açıq şəkildə İranda hakimiyyət dəyişikliyi ehtimalını irəli sürərək bunun “baş verə biləcək ən yaxşı şey olduğunu” bildirib.

O, İranda hakimiyyəti kimin ələ almasını istədiyini açıqlamaqdan imtina edib, lakin “belə namizədlər var” deyə əlavə edib.

“47 ildir ki, İran hakimiyyəti ancaq danışmaqla məşğuldur”, - Tramp qeyd edib. 

Tramp uzun müddət İrana quru qoşunları göndərməyə ehtiyatlı yanaşdığını bildirib. O, ötən il demişdi ki, bu, ən son variantdır. 

Halbuki, ABŞ prezidenti keçən ay Venesuela prezidenti Nikolas Maduronu həbs etmək üçün xüsusi təyinatlı hərbçilərdən istifadə etmişdi. 

Tramp ötən ilin yanvarında prezidentlik səlahiyyətlərinə başlayanda İranla nüvə proqramı üzrə danışıqlara start verib. Danışıqlar bir neçə ay davam etsə də, iyunda İsrailin İrana qarşı başladığı münaqişə ilə danışıqlar nəticəsiz qalıb. 

Tramp administrasiyası İrandan nüvə proqramını tamamilə dayandırmağı tələb edir. İran rəsmiləri isə deyir ki, ölkənin nüvə silahı əldə etmək niyyəti yoxdur və nüvə proqramı mülki məqsədlər üçün nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Aİ Ermənistandan idxal olunan məhsullara iki il rüsum tətbiq etməyəcək

25 Sentyabr 2026

sosial media

Avropa İttifaqı Şurası Ermənistandan idxal olunacaq məhsulların əksəriyyətini rüsumdan azad etmək barədə qərar qəbul edib.  Şura sentyabrın 24-də yayımladığı pres-relizdə bildirir ki, qərar iki il qüvvədə olacaq və Ermənistandan idxal olunan məhsulların 80 faizinə şamil olunacaq.  "Qərar Ermənistanla Aİ arasında ticarət axınlarını dəstəkləmək və Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində ikitərəfli iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır", - deyə əlavə olunub.  Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos qərarın Rusiyanın bu yaxınlarda Ermənistandan məhsulların idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı olduğunu bildirib.  “Bu, Ermənistanın Avropaya yaxınlaşmaq istiqamətində demokratik seçiminin ardınca Rusiyanın Ermənistan istehsalçıları və fermerləri üçün öz bazarını bağlamasına verdiyimiz cavabdır",...
Dünya

Lukaşenko siyasi məhbus kimi tanınan daha 15 nəfəri əfv edib 

25 Sentyabr 2026

sosial media

Belarus prezidenti Aleksandr Lukaşenko siyasi məhbus kimi tanınan daha 15 nəfərin azadlığa buraxılmasına qərar verib.  O, bu barədə əfv sərəncamını sentyabrın 24-də imzalayıb. Qərar Lukaşenko ilə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Con Koul arasında ötən həftə baş tutan danışıqlardan sonraya təsadüf edib.  Lukaşenkonun mətbuat xidmətinin məlumatına görə, 15 nəfərdən 10-u qadındır və onlardan 13-ü "ekstremist xarakterli cinayətlərə görə" məhkum olunublar. Məlumatda o da deyilir ki, məhkumlar prezidentə əfv ərizəsi yazdıqdan sonra azad olunublar.  Belarus və ABŞ arasında bir ildən çoxdur danışıqlar prosesi gedir. Bu proses çərçivəsində Belarusda yüzlərlə siyasi məhbus kimi tanınan şəxs azadlığa buraxılıb. Qarşılığında isə ABŞ Belarusa...

Seçilmiş Videolar

Toplum TV loqo