Rubio: "Hörmüzdən gəmilərin keçməsinə təkcə biz kömək edirik, digər ölkələr də pul ayırmalıdı"
x.com/SecRubio
ABŞ dövlət katibi Marko Rubio deyib ki, Hörmüz boğazından gəmilərin keçməsinə təkcə ölkəsi kömək edir və digər ölkələr də bunun üçün maliyyə yardımı etməlidir.
ABŞ prezidenti Donald Tramp isə daha öncə sosial media hesabında yazıb ki, boğazdan təhlükəsiz keçidin təmin olunmasına görə digər ölkələr ABŞ-yə "20 faiz ödəniş" edəcəklər.
İyulun 19-da jurnalistlərdən biri Rubiodan Trampın paylaşımına münasibətini soruşub.
"Prezidentin demək istədiyi bu idi ki, ABŞ hər gecə qlobal dəniz daşımalarının təhlükəsizliyini təmin etmək yükünü öz üzərinə götürür. Bu gəmilərin demək olar ki, heç biri ABŞ bayrağı altında üzmür. Demək olar ki, heç biri də ABŞ-yə yük və ya yanacaq daşımır. Yəni biz əslində bütün dünya naminə bu gəmilərin təhlükəsizliyini təmin edirik və bununla bağlı real addım atan yeganə ölkə də bizik", - o, cavabında deyib.
"Müəyyən bir mərhələdə boğazlardan həyata keçirilən dəniz daşımalarından faydalanan ölkələr də irəli çıxmalı və heç olmasa bu çox dəyərli təhlükəsizlik xidmətinin göstərilməsinin xərclərinin qarşılanmasına maliyyə dəstəyi verməlidirlər", - dövlət katibi əlavə edib.
Rubio başqa suala cavab olaraq bildirib ki, İranla əldə olunan anlaşma memorandumu qüvvədən düşüb, lakin ölkəsi diplomatik həllə açıqdır.
İyunun 17-də ayrı-ayrılıqda ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən münaqişəni bitirmək barədə anlaşma memorandumu imzalanıb.
14 bənddən ibarət olan razılaşmada tərəflər növbəti 60 gün ərzində yekun sülh sazişinin imzalanması üçün danışıqları davam etdirməklə bağlı öhdəlik götürüblər.
Buna baxmayaraq, iyulun 8-də atəşkəs yenidən pozulub. ABŞ ordusu İranı Hörmüz boğazını yenidən bağlamaqda ittiham edərək bu ölkəyə zərbələr endirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Pentaqon: "Son iki həftədə İranla münaqişədə 100-ə yaxın ABŞ hərbçisi xəsarət alıb"
war.gov
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür