Dünya

Rubio: "İran futbolçularını müşayiət edəcək SEPAH terrorçularını ölkəyə buraxmayacağıq" 

24 Aprel, 2026
101

Getty Images / Drew Angerer

ABŞ dövlət katibi Marko Rubio bu ilin yayında keçiriləcək futbol üzrə dünya çempionatında İran milli komandasının iştirakına qarşı olmadıqlarını deyib. 

O, bunu aprelin 23-də Ağ Evdə jurnalistin sualına cavabında bildirib. 

Lakin Rubio əlavə edib ki, ABŞ futbolçuları müşayiət edəcək bəzi şəxslərin ölkəyə buraxılmasına qarşı ola bilər. 

“İranla bağlı problem onların idmançıları deyil. Problem onların idmançıların yanında gətirmək istəyə biləcəyi bəzi digər insanlardır, onlardan bəzilərinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələri var. Biz onları ölkəyə buraxa bilməyə bilərik, amma idmançıların özünü yox. Onlar bir dəstə SEPAH terrorçusunu ölkəmizə gətirib, onları jurnalist və ya məşqçi kimi təqdim edə bilməzlər", - o qeyd edib. 

İran isə daha öncə çempionata qatılacağını, lakin ABŞ-ni boykot edəcəyini bildirib. 

ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi çempionatda İranın qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşması gözlənilir. 

İyunun 11-dən iyulun 19-a qədər davam edəcək turnirdə İran millisinin qrup mərhələsindəki oyunlarını ABŞ-də keçirməsi gözlənilirdi. 

Ötən ay Meksika prezidenti Klaudia Şeynbaym bildirib ki, ölkəsi İranın oyunlarına ev sahibliyi etməyə hazırdır, lakin bu barədə son qərarı
Futbol üzrə Beynəlxalq Federasiyalar Assosiasiyası (FIFA) verəcək.

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. 

Hazırda tərəflər arasında atəşkəs hökm sürsə də, münaqişə başa çatmış sayılmır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Aİ Ermənistandan idxal olunan məhsullara iki il rüsum tətbiq etməyəcək

25 Sentyabr 2026

sosial media

Avropa İttifaqı Şurası Ermənistandan idxal olunacaq məhsulların əksəriyyətini rüsumdan azad etmək barədə qərar qəbul edib.  Şura sentyabrın 24-də yayımladığı pres-relizdə bildirir ki, qərar iki il qüvvədə olacaq və Ermənistandan idxal olunan məhsulların 80 faizinə şamil olunacaq.  "Qərar Ermənistanla Aİ arasında ticarət axınlarını dəstəkləmək və Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində ikitərəfli iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır", - deyə əlavə olunub.  Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos qərarın Rusiyanın bu yaxınlarda Ermənistandan məhsulların idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı olduğunu bildirib.  “Bu, Ermənistanın Avropaya yaxınlaşmaq istiqamətində demokratik seçiminin ardınca Rusiyanın Ermənistan istehsalçıları və fermerləri üçün öz bazarını bağlamasına verdiyimiz cavabdır",...
Dünya

Lukaşenko siyasi məhbus kimi tanınan daha 15 nəfəri əfv edib 

25 Sentyabr 2026

sosial media

Belarus prezidenti Aleksandr Lukaşenko siyasi məhbus kimi tanınan daha 15 nəfərin azadlığa buraxılmasına qərar verib.  O, bu barədə əfv sərəncamını sentyabrın 24-də imzalayıb. Qərar Lukaşenko ilə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Con Koul arasında ötən həftə baş tutan danışıqlardan sonraya təsadüf edib.  Lukaşenkonun mətbuat xidmətinin məlumatına görə, 15 nəfərdən 10-u qadındır və onlardan 13-ü "ekstremist xarakterli cinayətlərə görə" məhkum olunublar. Məlumatda o da deyilir ki, məhkumlar prezidentə əfv ərizəsi yazdıqdan sonra azad olunublar.  Belarus və ABŞ arasında bir ildən çoxdur danışıqlar prosesi gedir. Bu proses çərçivəsində Belarusda yüzlərlə siyasi məhbus kimi tanınan şəxs azadlığa buraxılıb. Qarşılığında isə ABŞ Belarusa...

Seçilmiş Videolar

Toplum TV loqo